"Bu aydan sonra bəzi sürücülər kənarda qalacaq, bu da öz növbəsində taksi qiymətlərinə təsir göstərə bilər" - Ekspert
"Taksi fəaliyyəti ilə bağlı qatda-qanun yaradılmasınına ehtiyac var. Yanvarın 1-dən bu qanunlar qüvəyə minir. Taksi sürücüləri artıq bir çox qadağalara əməl etməlidir. Onlar oxumalı və sertifikat almalıdırlar. Artıq bundan sonra taksi buraxılış vərəqəsi alması tələb olunur. Onlar aylıq fərqlənmə nişanı alaraq taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər".
Bu sözləri Sonxeber.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, taksi sürücülərinin təkminləşdirilməsi ilə bağlı məsələyə artıq çox ciddi şəkildə nəzarət edilir:
"Sözsüz ki, taksi sürücüsü taksi buraxılış vərəqəsini alarkən mütləq şəkildə taksi sürücülərindən sağlamlıq sənədi də tələb olunacaq. Sağlamlıq tələblərini əməl etmədikləri halda, onlara buraxılış vərəqi verilməyəcək. Əks halda onların fəaliyyətinə imkan verilməyəcək. Nəzərə almaq lazımdır ki, taksi sürücülərinin təkminləşdirilməsi ilə bağlı məsələyə artıq çox ciddi şəkildə nəzarət edilir. Çünki bu sahədən çoxlu şikayətlər olub. Hazırda hansısa neqativ hallar varsa, bunların aradan qaldırılması mütləqdir. Taksi sürücüləri elə bir xidmət sahədə çalışırlar ki. neqativ hallara yol verməməlidirlər. Bu proseslərdən sonra bəzi sürücülər kənarda qalacaq. Bu da öz növbəsində taksi qiymətlərinə təsir göstərə bilər. Amma bu ciddi bir qiymət artımına səbəbə ola bilməz. Bəzi şirkətlər öz problemlərini həll etmək üçün qiymət artımına gedə bilər. Bu o şirkətlərin daxili işidir. Əlbəttə hansı şirkət daha ucuz və keyfiyyətli xidmət göstərəcək, vətəndaş da onu seçəcək.
Bu gün qiymətlər reallığı əks etdirmir. Taksi sürücüləri haqlıdır. Onlar ucuz qiymətə daha ağır rejimdə çalışmağa məcburdular. Hazırda taksilərdə 2 manat 50 qəpik minimal qiymətdir. Ondan aşağı daşıma mümkün deyil. Daha yaxşı fəaliyyət göstərib, qiymətə əlavələr edə bilərlər. Amma qiymət artırmamalıdırlar".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar