Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb.
İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq iclası təyin olunsa da, məhkəmə baş tutmayıb.
Bildirilir ki, iddia müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, sabiq rektor Seymur Talıbovla bərabər Hüseyn Yaşar oğlu Məmmədov barəsində də iddia qaldırıb.
Hüseyn Yaşarov bu ilin əvvəlində Vasif Talıbovun ailə üzvlərinə məxsus olan "Naxçıvan Bank" ASC-nin səhmlərinin 63,66%-ni onlardan satın alıb.
Barəsində iddia qaldırılan Seymur Talıbov eyni zamanda "Naxçıvan" Universitetinin təsisçisi olub.
Bu ilin əvvəlində "Naxçıvan" Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.
Seymur Talıbov və Hüseyn Yaşarovu məhkəməyə verən İsmayıl Əliyev 1950-ci ildə anadan olub. Pedaqogika elmləri doktoru olan İsmayıl Əliyev 20 il - 1999-2019-cu illərdə "Naxçıvan" Universitetinin rektoru olub. İsmayıl Əliyev eyni zamanda 2000-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1214 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr