Amansız xəstəliklə mübarizə aparan ata: "Övlad toyu görmədən dünyadan köçmək istəmirəm, kömək edin" - FOTO
62 yaşlı Tağıyev Kamil ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a o özü məlumat verib.
O qeyd edib ki, artıq bir ilə yaxındır, bağırsaq xərçəngi ilə mübarizə aparır:
"Bu ilin yanvar ayında ağır xəstəliyə düçar olduğumu öyrəndim. Hal-hazırda düz bağırsağın yayılmış karsinoması - parçalanma mərhələsindəyəm. Fevralın 4-də əməliyyat edilərək kolostoma qoyuldu.
Bundan əlavə, şəkər xəstəsiyəm. Hazırda ağciyərimdə yaranmış problemlərlə əlaqədar müalicə alıram. Aylıq müalicə xərclərim isə 1 500 manata yaxındır. Müalicəsində kimyaterapiya zamanı müsbət dinamika ortaya çıxıb və sağalmağıma ümid yaranıb. Hazırda məqsəd şişin uyğun ölçüyə qədər kiçilməsi və sonra əməliyyatla götürülməsidir. Lakin mənim bu pulu qarşılamağa imkanım çatmır. İki övladım var. Heç onların xeyir işini belə görməmişəm. Onların toyunu görmədən bu dünyadan köçmək istəmirəm. Övladlarım çox çalışırlar ki, mənim müalicəmi qarşılaya bilsinlər. Lakin bu o qədər xərc tələb edən xəstəlikdir ki, dağ olsa, dayanmaz. Oğlum və qızım müalicəm üçün pul axtarırlar deyə onların yanında utanıram. Xalqımızdan, imkanlı şəxslərdən mənə əl tutmalarını, dəstək olmalarını xahiş edirəm. Mənə bir ayın müalicəsi üçün 1 500 manat pul lazımdır. Bu pulun 800 manatı yardımsevər insanların dəstəyi ilə toplanıb. 700 manat əskik qalıb".
Leo Bank: 4098 5844 5882 9916
Əlaqə nömrəsi: (055) 816-16-27





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 933 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr