Lənkəran RİH yenə təmir işləri aparacaq - 650 minlik tender udan şirkət kimindir?
Lənkəran İcra Hakimiyyəti Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Construction Business Group" MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 650 511,37 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Construction Business Group" MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.
Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl "Akkord" şirkətində çalışıb.
"Consturction Business Group" MMC-nin təsisçisi Elmir Babayevdir. Onun barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti cari ildə 10 tender keçirib. Tenderlərin əhəmiyyətli hissəsi yolların təmiri və abadlıq işləri ilə bağlı olub.
Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi dəyəri 2 785 975,8 AZN təşkil edir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən Lənkərana rəhbərlik edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 693 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr