Kino Agentliyində "film kimi" korrupsiya - sabiq naziri tutula bilər

Kino Agentliyində "film kimi" korrupsiya - sabiq naziri tutula bilərKino Agentliyində "film kimi" korrupsiya - sabiq naziri tutula bilər

Hesablama Palatası Anar Kərimovun nazir olduğu dönəmdə yeyinti faktları ilə bağlı şok məlumatlar açıqladı - müvafiq materiallar Baş Prokurorluğa göndərilib

Hesablama Palatasından verilən məlumata görə, audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və bunun üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsini yoxlayıb.

Yoxlama 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan dövrü əhatə edib. Auditlə nazirlik və agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm", "Salnamə" və "Filming Azerbaijan" studiyaları, Azərbaycan Dövlət Film Fondu əhatə olunub. Tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmayıb və icra edilməyib. Audit ümumilikdə 10 milyon 700 min manat vəsaiti əhatə edib.

Məlum olub ki, keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələr bir çox hallarda bağlanılmayıb, növbəti illərdə isə yenidən analoji müsabiqələr keçirilib. 2015-2020-ci illərdə 282 min 500 manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib.

2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.

Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922 min 100 manat, digər studiyalar üzrə 6 filmə 3 milyon 500 min manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.

Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib. Bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304 min 700 manat vəsait ödənilib.

Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilib, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməyib və bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.

Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olub. Müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb.

Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.

Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməyib. Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.

Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnib. Film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırıb.

Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olub. Bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməyib və hesabatlılıqda nöqsanlara yol verilib. Mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb. Qəbul edilmiş kollegiya qərarında aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, audit olunan dövrdə mədəniyyət naziri Anar Kərimov olub. Ötən ilin dekabrının 22-də dövlət başçısı Anar Kərimovun vəzifəsindən kənarlaşdırıb. O, bu postda bir ilə yaxın işləyib. Bundan öncə o, mədəniyyət nazirinin müavini olub. O vaxtkı nazir Əbülfəs Qarayev də nazirlikdəki korrupsiya ilə əlaqədar hay-küylü qalmaqaldan sonra vəzifəsindən azad edilib.

Anar Kərimovun təyinatından sonra onun müavini Elnur Əliyev də qalmaqallı şəkildə işdən çıxarılıb. Səbəb kimi korrupsiya göstərilib.

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, sabiq mədəniyyət nazirin Əbülfəs Qarayev vəzifəsindən həm də kino korrupsiyasına görə çıxarılmışdı: "O zaman Milli Məclis tribunasından maliyyə naziri Samir Şərifov çox maraqlı faktlar açıqlamışdı. Məlum olmuşdu ki, Əbülfəs Qarayevin nazir olduğu dövrdə Azərbaycanda hər il kino sahəsinin dirçəldilməsi üçün dövlət büdcəsindən 8 milyon manat ayrılıb, həmin pulu cəmi 1 milyon 500 min manatı təyinatı üzrə xərclənib. Maliyyə nazirinin bu çıxışı Əbülfəs Qarayevin iştahasını küsdürsə də, nəticə etibarı ilə ortaya ölkə səviyyəli bir filmin çıxmasına yol açmadı. Şahidi olduq ki, Əbülfəs Qarayev müxtəlif mətbuat səhifələrində palaz-palaz yazılar yazdırmaqla kino sahəsinin inkişafını sübut etməyə çalışmaqla vəziyyətdən çıxmaq istəyir. Nəticədə Əbülfəs Qarayevin nazirliyində hüquq-mühafizə orqanlarının əməkdaşları "kino" çəkməli oldular. Əbülfəs Qarayevin müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanov DTX kameraları qarşısında aktyorluq etmədilər. Rayon mədəniyyət idarələrindən pul yığdıqlarını, "otkat" aldıqlarını gizlətmədilər... Gözləmək olardı ki, bu şəkildə ifşadan sonra nazir postuna gətirilən Anar Kərimov Mədəniyyət Nazirliyinin divarları arasında baş verənlərdən nəticə çıxarıb. Audit nəticəsində ortaya çıxanlar deməyə əsas verir ki, Azərbaycanda "kino yemək" praktikası ən qaba şəkildə davam etdirilib".

Natiq Ələsgərov deyib ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyi korrupsiyanın kökünü kəsmək üçün təcili addımlar atmalıdır:

"Filmlərin çəkilişi üçün dövlət büdcəsində ayrılan hər bir manatın hesabatı tələb olunmalıdır. Maliyyə nizam-intizamı təmin edilməlidir. Əks təqdirdə, Azərbaycanın dövlət büdcəsində kino sahəsinə ayrılan milyonlar ortada "buxarlanacaq", bizlər də Mədəniyyət Nazirliyində hüquq-mühafizə orqanları əməkdaşlarının çəkdiyi əməliyyat çəkilişlərinə baxmalı olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1561   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr