Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi - SƏRƏNCAM

Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilir.

Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 663   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

1 oktyabr
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

30 sentyabr
.

4 oktyabr - Cəbrayıl Şəhəri Günü

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Bel

1 oktyabr
.

4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən gün

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad

1 oktyabr
.

Dövlətçilik tariximizdə dönüş nöqtəsi

Qüdrətli Azərbaycan dövlətinin təməl daşları 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi ən ağır sınaqlar fonunda qoyuldu. Müstəqilliyin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələrlə yadda qaldı. Sovet İttifaqının dağılması ilə Azərbaycan nominal olaraq azad olsa da

1 oktyabr
.

Azərbaycanın milli qürur və iftixar tarixi - 1993-cü il 3 oktyabr

"1993-cü il 3 oktyabr seçimi: Bu seçim xalqımızın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü olmuşdur. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir zamanda hakimiyyətə qayıdan görkəmli dövlət xadim

1 oktyabr
.

Milli Qurtuluşa gedən yolun başlanğıcı

"1993-cü il Azərbaycan tarixinin ən mühüm və taleyüklü mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin 3 oktyabrında keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. B

1 oktyabr
.

Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"

"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

2 oktyabr
.

Prezident: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"

"Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığ

1 oktyabr