4 oktyabr - Cəbrayıl Şəhəri Günü

4 oktyabr - Cəbrayıl Şəhəri GünüPrezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Belə ki, 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhəri və 9 kəndi ordumuz tərəfindən erməni işğalçılarından azad olundu.

Məlum olduğu kimi Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal zamanı minlərlə yerli sakin öz dogma yurdlarından köçkün düşmüşdür. Yerli sakinlərin yaşayış yerləri erməni işğalçıları tərfindən dağıdılmış, xarabalığa çevrilmişdi. Eyni zamanda, burada çox sayda tarixi abidələr, mədəni sərvətlərimiz, müsəlmanların müqqəddəs ibadət yeri olan məscidlərimiz dağıdılmış, talan edilmişdir. İşğal nəticəsində 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Bu işğal nəinki yerli sakinlərin, bütün xalqın ürəyində sağalmaz yara olmuşdur.

Beləliklə, 2020-ci il 27 sentyabr ölkəmizin tarixində unudulmaz iz qoydu. Bu tarixdə, nəhayət, 30 il düşmən tapdağı altında olan Qarabağ üçün haqq savaşı başladı. Bu savaşda Azərbaycanın rəşadətli ordusu öz canı-qanı bahasına döyüşür, tarixi qələbələr əldə edirdi. Hər gün güclü ordumuzun qələbə xəbərlərini eşidir, fəxr və qürur hissi yaşayırdıq. Belə xəbərlərdən biri də Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük sevinclə xalqımıza elan edildi. Bu Cəbrayı şəhəri idi. Bu şəhərin azad olunması üçün yüzlərlə Azərbaycan gənci, əsgəri cəsarətlə vuruşmuş və layiqli şəkildə qələbə qazanmışdır. Bu qələbədən 4 il əvvəl isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Prezident İlham Əliyev bu barədə də məlumat vermişdi: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır". Beləliklə

Prezidentin də bəyan etdiyi kimi Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. Nəticədə torpaqlarımız işğaldan azad edildi. Prezident İlham Əliyev torpaqlarımız azad olunduğdan sonra həmin ərazilərə səfərlər etmiş və bərpa-quruculuq işləri üçün mühüm mərasimlərdə iştirak etmişdir. Prezidentin həmin səfərləri, həyata keçiriləcək gələcək layihələr istər xalqımız, istərsə də dünya tərəfindən diqqətlə izlənilirdi. Belə ki, 2020-ci il 16 noyabr tarixində Cəbrayıla səfər zamanı Dövlət başçısı Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltmışdır. Eyni zamanda, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirmişdir. Prezident İlham Əliyevin Cəbrayıla səfəri müxtəlif tarixlərdə davam etmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra əsas hədəf yerli sakinlərin öz yurdlarına köçürülməsi idi. Buna görə də, ilk olaraq infrastruktur layihələri həyata keçirilməli idi. Bu məqsədlə də, Cəbrayılın Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuşdur.

Prezident 2021-ci ildə Cəbrayıla bir neçə dəfə səfər etmişdir. Belə ki, Cəbrayıl rayonunun girişində "Cəbrayıla xoş gəlmişsiniz!" sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmişdir. Daha sonra dövlətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı olmuş, hərbi qulluqçular ilə görüş keçirilmişdir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna növbəti səfər çərçivəsində "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin , Şərqi Zəngəzur iqtisadi rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak etmişdir. Eləcə də qısa müddət ərzində hazır olan "Cəbrayıl" yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak etmişdir. Həmçinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi və Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi baş tutmuşdur. Beləliklə qısa müddət ərzində böyük layihələr həyata keçirilmişdir. Bununla da 2024-cü il 26 sentyabr tarixində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət

Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınmışdır. Bu bütövlükdə Azərbaycan üçün böyük qürur, sevinc və fəxarət hissidir. İlk dəfə olaraq Azərbaycan öz suverenliyini bərpa etdi, qısa müddət ərzində infrastruktur layihələri uğurla həyata keçirildi və artıq Cəbrayıl Şəhər Gününün qeyd edilməsinin ikinci ilində sakinlər öz yurdlarına dönmüş oldular. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, güclü, yenilməz ordumuzun göstərdiyi şücaətin nəticəsidir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 298   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü

23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülü

1 oktyabr
.

İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir

2 oktyabr
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30 sentyabr
.

İlham Əliyev Si Cinpini təbrik etdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sizi və sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

1 oktyabr
.

Böyük Qələbəyə gedən yolun müjdəçisi

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləc

1 oktyabr
.

Milli Qurtuluşa gedən yolun başlanğıcı

"1993-cü il Azərbaycan tarixinin ən mühüm və taleyüklü mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin 3 oktyabrında keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. B

1 oktyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən

1 oktyabr
.

Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"

"Münaqişədən əvvəl Azərbaycanın xarici siyasətini və strateji təfəkkürünü geopolitik buxovlar daxilində saxlayan amillər var idi". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəz

2 oktyabr
.

Azərbaycanın milli qürur və iftixar tarixi - 1993-cü il 3 oktyabr

"1993-cü il 3 oktyabr seçimi: Bu seçim xalqımızın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü olmuşdur. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir zamanda hakimiyyətə qayıdan görkəmli dövlət xadim

1 oktyabr