İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirib.
Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu deyib. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə - müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğulayıb.
Dövlətimizin başçısı ölkəmizdə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirib. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxunub, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğulayıb.






Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 160 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Si Cinpini təbrik etdi
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sizi və sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
1 oktyabrBöyük Qələbəyə gedən yolun müjdəçisi
İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləc
1 oktyabrCəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu
Qarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçis
1 oktyabrCəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
30 sentyabrAzərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü
23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülü
1 oktyabrAzərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın
29 sentyabr