27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu.İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Azərbaycan müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. Prezident İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Cəbrayıl rayonunda da iri miqyaslı bərpa-quruculuq işlərinə start verildi. Keçən dörd il ərzində Prezident İlham Əliyev dəfələrlə Cəbrayıla səfər edib və bu səfərlər zamanı ""KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlqoyma mərasimi,"Cəbrayıl" yarımstansiyanın və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl
Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi kimi onlarla digər tədbirlərdə iştirak edib.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır. 2025-ci ildə Cəbrayıl şəhərində təməli qoyulan ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisi artıq başa çatıb və ölkənin müxtəlif rayonlarında məskunlaşmış Cəbrayıllıların doğma yurdlarına qayıdışına başlanılıb.
Könül Əfəndiyeva - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA