Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirdi

Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirdiQurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

Sonxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Ağdam klubu səfərdə "Zirə" ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.

O, karyerası ərzində iki kluba – "Neftçi" və "Qarabağ"a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Qeyd edək ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu "Neftçi" "Gənclərbirliyi"ni 6:1 hesabı ilə məğlub edib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 714   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qarabağ" Ukrayna klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanı

1 iyul
.

Messi, yoxsa Salah? - Argentina Misirə qarşı

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq. "Qafqazinfo" xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. Matç Bak

7 iyul
.

"Qarabağ"ın hücumçusu "Seltik"də?

Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Klubun maraq dairəsinə düşən futbolçulardan biri də "Qarabağ"da çıxış edən kolumbiyalı hücumçu Kamilo Durandır. Qaynarinfo bu barədə Şotlandiya mediasına istinadən xəbər verir. Məlumatd

3 iyul
.

Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Mərasim iyulun 17-də keçiriləcək. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək

7 iyul
.

"Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb

"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Klublar arasında aparılan danışıqların uğurl

27 iyun
.

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib. "Report" xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/16 finalın son oyunundan sonra aydınlıq gəlib. Bununla da turnirin 1/8 fina

4 iyul
.

Qurban Qurbanov: "Bir neçə gün vaxtımız olsaydı..."

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis keçirdikləri iki yoxlama oyunu barəsində danışıb:. "Bu gün iki oyun keçirdik. "Xarkov"l

2 iyul
.

Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video

Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün mundialın mərkəzi görüşlərindən biri keçiriləcək. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gələcək. Matç saa

7 iyul
.

"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah

27 iyun