Əsrə bərabər 20 illik inkişaf

Əsrə bərabər 20 illik inkişafBu günlərdə ad günü münasibətilə Prezident İlham Əliyevə dünyanın hər yerindən, müxtəlif dövlətlərin rəhbərlərindən, hökumət başçılarından, nüfuzlu beynəlxalq təşkilatların sədrlərindən, ictimai xadimlərdən təbrik məktubları gəlməkdə davam edir. Rusiya Prezidenti Vladimir Putindən, Çin Xalq Respublikasının Sədri Si Cinpindən, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən və daha kimlərdən. Məktublarla mətbuatda tanışlıq göstərir ki, bunlar əlamətdar günlərdə göndərilən protokol qaydası təbriklər deyildir. Bu məktubların hər biri Prezident İlham Əliyevin dünyanın nüfuzlu prezidentləri, siyasi liderləri ilə bir cərgədə dayanmasının təsdiqidir.

İlham Əliyev siyasətinin təntənəsi

Prezident İlham Əliyevə ünvanlanan hər bir təbrik məktubu eyni zamanda Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf yoluna verilən qiymətin və respublikamıza olan yüksək qlobal ehtiramın təcəssümüdür. 20 il az zaman kəsiyi deyil, amma bu dövrdə İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən inkişaf proseslərinin həcmi iki onilliyin, hətta bir qərinənin miqyasından çox kənara çıxır. İstər yerli, istər regional, istər beynəlxalq səviyyədə Azərbaycanın nailiyyətləri cənab İlham Əliyevin düşünülmüş və əsaslandırılmış islahatlarından, yalnız və yalnız dövlətin və xalqın milli maraqlarını ehtiva edən siyasi kursundan xəbər verir.
Bu sətirləri yazarkən İlham Əliyevin 20 il əvvəl, ilk dəfə Azərbaycan Prezidenti seçilərkən andiçmə mərasimində etdiyi çıxışı xatırlayıram. Həmin çıxışında Azərbaycanın yeni seçilmiş Prezidenti kimi fəaliyyət proqramından, qarşıda dayanan hədəflərdən danışan İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Heydər Əliyev siyasətinin xalqımıza bəxş etdiyi nailiyyətlər həm sovet dövrü, həm müstəqillik tariximizin şərəfli irsidir. Heydər Əliyev siyasəti bugünkü və gələcək nəsillərin dönə-dönə oxuyacağı, müraciət edəcəyi və öyrənəcəyi dövlətçilik təlimləridir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun və inkişaf strategiyasının təməlində müstəqil və qüdrətli Azərbaycan dövlətçiliyi, respublikamızın təhlükəsizliyi, xalqın yüksək rifahı dayanır. Xalqımız 2003-cü ildə Prezident İlham Əliyevə etimad göstərəndə Heydər Əliyev ideyaları ətrafında səfərbər olmuşdu. Ötən 20 ilin hər bir siyasi, iqtisadi və sosial nəticəsi göstərir ki, Prezident İlham Əliyev siyasi varis kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirməklə, həm də onları dövrün çağırışlarından irəli gələrək daha da zənginləşdirir, yeni ştrixlər əlavə edir. Bu illər ərzində respublikamızın hər bir inkişaf nümunəsi Heydər Əliyev ideyalarının təcəllisi, İlham Əliyev siyasətinin təntənəsidir.

Qürur doğuran nümunələr

Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu olduqca möhtəşəm və qürurvericidir. Hər bir azərbaycanlı bu dövrdə Prezident İlham Əliyevin inkişafla bağlı qətiyyətli fəaliyyətinə şahidlik edib. Məsələn, birmənalı şəkildə deyə bilərik ki, bu 20 ildə Azərbaycanın reallaşdırdığı bütün layihələrin təməlində Prezident İlham Əliyevin milli maraqları rəhbər tutan təşəbbüsləri və siyasi iradəsi dayanır.
Məhz cənab Prezidentin sayəsində və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri bütün maneələri aşaraq ərsəyə gətirildi. İlham Əliyev bu gün Avropadan Şərqə və əksinə nəqliyyat yollarının mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin müəllifidir. Azərbaycan Prezidentinin siyasi diplomatiyası Avropa İttifaqının siyasi və iqtisadi strukturlarını "Cənub qaz dəhlizi" ətrafında səfərbər etdi və bu gün bir neçə Avropa ölkəsi Xəzərdən hasil olan qazla isinir. Mütərəqqi enerji siyasətinin nəticəsi kimi Azərbaycan uzun illərdir ki, qlobal enerji təhlükəsizliyi dialoqunun söz sahibi olan tərəfidir.
20 ildə Azərbaycan regionun ən dinamik inkişaf edən dövləti kimi digər sahələrdə də yüksəliş nümunələri yaratdı. Bu illər ərzində Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun 4 dəfədən çox artması dünyada nadir rast gəlinən nümunələrdəndir. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Bunlara paralel olaraq bu dövrdə orta aylıq əməkhaqqının 12 dəfə, orta aylıq pensiyanın 18 dəfə, yaşa görə orta aylıq pensiyanın 19 dəfə, əlilliyə görə pensiyanın 14 dəfə artması, neft kapitalının insan kapitalına çevrilməsi, 2003-cü illə müqayisədə yoxsulluq səviyyəsinin 44,7 faizdən 5,5 faizə enməsi göstərir ki, iqtisadi inkişafın təməlində ilk növbədə vətəndaşların sosial rifahının təmin edilməsi dayanır.
Bu illər ərzində cəmiyyət həyatının digər sahələrində, o cümlədən hüquq sferasında mütərəqqi islahatlar keçirməklə zamanla ayaqlaşan inkişaf təmin edilib. Zamanın çağırışları ilə əlaqədar zərurətə çevrilən hüquq islahatları hər bir hüquqi cəmiyyətlərdə inkişafın fundamental əsaslarındandır. O cümlədən idarəçilikdə yeni yanaşma və standartların formalaşması, informasiya kommunikasiyalarının cəmiyyətə daxil olması bütün sahələrdə olduğu kimi, hüquq sferasında da davamlı islahatlara yol açır. Bu reallığı düzgün dəyərlərindən respublikamızda dövlət həyatının bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri hüquq sferasından da yan ötməyib. Həm bu sahədə qanunvericilik təkmilləşdirilib, həm də dövlət qurumlarının fəaliyyəti ən yüksək standartlara çatdırılıb. Xüsusi ilə qeyd edilməlidir ki, hüquq islahatları çərçivəsində respublikamızda yeni məhkəmə infrastrukturu yaradılıb, yeni nəsil hakim korpusu formalaşdırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları asanlaşdırılıb. Bu baxımdan Azərbaycan dövlətinin hüquqi dövlət kimi nail olduğu uğurların bir istiqamətini hüquq sferası təşkil edir.

Torpaqlarımızı azad edən, erməni separatizminə son qoyan Sərkərdə

Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük hadisələri, əlbəttə ki, 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi və Qarabağda erməni separatçılığının tarixdən birdəfəlik silinməsidir. Cənab İlham Əliyev hələ Azərbaycan Prezidenti kimi ilk dəfə and içəndə bu məsələ üzərində xüsusi dayanmış, nəyin bahasına olursa-olsun torpaqlarımızın işğaldan azad ediləcəyini bəyan etmişdi.
Dövlət başçısı kimi İlham Əliyev ilk gündən bu istiqamətdə sistemli və ardıcıl iş apardı. Sülh danışıqlarına sadiq qalmaqla, Prezident İlham Əliyev torpaqlarımızın müharibə yolu ilə azad edilməsinin mümkünlüyünü də hər zaman bəyan etdi. Bunun üçün həm də ordu islahatları həyata keçirildi.
İlham Əliyev müdrik və uzaqgörən siyasətçidir. Bu mənada Ermənistanın sülh danışıqlarını imitasiya etdiyini, danışıqlar vasitəsilə vaxt udmağa çalışdığını İlham Əliyev yaxşı bilirdi. Elə vasitəçilər də zaman ötdükcə, nəsillər dəyişdikcə Azərbaycanın Ermənistanın tələbləri ilə razılaşacağını düşünürdülər. Prezident İlham Əliyev isə ordumuzun döyüş imkanlarını artırmaqla, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı siyasətinin təsdiqinə nail olmaqla, o cümlədən Azərbaycanın güclü qlobal mövqelərini təmin etməklə, torpaqlarımızın güc yolu ilə azad ediləcəyi təqdirdə respublikamız üçün əlverişli şərait və imkanlar formalaşdırdı. Beləliklə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi bir daha Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi lider olduğunu təsdiqlədi. Dövlətimizin başçısı öz müdrik və qətiyyətli siyasəti ilə müharibə meydanında torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. Eyni zamanda İlham Əliyev bu müharibədə və ondan sonra başda Fransa olmaqla, dünya erməniliyini siyasi-diplomatik sferada darmadağın etdi. 2023-cü ilin sentyabrında Qarabağın erməni separatçılarından azad edilməsi Vətən müharibəsindəki Zəfərdən sonra xalqımızın növbəti tarixi qələbəsi oldu. Bütün bunlar həm də ondan xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzuları çin olur.
Bu gün Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, keçmiş məcburi köçkünlərin öz doğma evlərinə dönüşünü təmin edir. Artıq bərpa edilən 2 şəhərdə və 3 kənddə yeni həyat başlayıb. İlham Əliyevin iradəsi ilə torpaqlarımızın bərpası, bu istiqamətdə respublikamızın Birinci-vitse prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər olduqca fərəhli və qürurludur. Xüsusən, Heydər Əliyev Fondunun xətti ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələrimizin bərpası milli-mənəvi dəyərlərimizə olan dərin ehtiramın göstəricisidir.
Bütövlükdə isə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri bir daha Azərbaycan dövlətinin qüdrətini dünyaya bəyan edir. Görülən işlərin sürəti göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası zamanı qabaqlamaqla yerinə yetiriləcək.
Azərbaycanın son 20 ili olduqca möhtəşəm uğurların yazıldığı dövlətçilik salnaməsidir. Bu şərəfli salnaməni yaradan Prezident İlham Əliyevin adı həm də torpaqlarımızı işğaldan azad edən, Qarabağda iki əsrə yaxın davam edən erməni separatçılığına son qoyan sərkərdə kimi tariximizə həkk olunub. Ona görə bu siyasətin davam etməsi Azərbaycan cəmiyyətinin, bütün xalqımızın siyasi və sosial sifarişidir. Əminik ki, hər zaman düzgün və müdrik qərarlar verən xalqımız qarşıdan gələn növbədənkənar prezident seçkilərində də cənab İlham Əliyevin ətrafında səfərbər olacaq və bugünkü uğurlarımızın davamlı olmasına, Azərbaycanın daha da inkişafına və qüdrətlənməsinə səs verəcək.

Bəhram ZAHİDOV,
hüquq elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 626   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevdən Mixail Zabelinlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

18 mart
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli həmvətənlər!. Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəci

19 mart
.

Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəlidir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə səfər etdi. Səfər tərəflər arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında Prezidentlər regional vəziyyət, sülh prosesi, enerj

13 mart
.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı ARTIRILDI

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb

17 mart
.

İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. paylaşımı təqdim edir:

20 mart
.

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Xanoba kəndinə səfəri ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 mart
.

Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik

Azərbaycan beynəlxalq təşkilatların problemlərini həll etməsini gözləmir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib. Onun sözlərinə görə, bölg

12 mart
.

"Azərbaycan gəncliyi hər zaman milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir" - DEPUTAT

"Zamanın hərəkətverici qüvvəsi olan gəncliyə - sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə - cəmiyyətin hər zaman böyük ehtiyacı var. Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində milli gəncliyimizin rolu çox mühüm və əvəzolunmazdır. Azərbayca

18 mart
.

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 105 xarici vətəndaşı ölkədən deportasiya edib. xəbər verir ki, bu barədə DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, Türkiyə, Hindistan, Çin, Rusiya

24 mart