"Xoşqədəm öz verilişində təkzib verib, kompensasiya ödəməlidir" - Aysel Əlizadə OD PÜSKÜRDÜ
Müğənni Aysel Əlizadə ilə aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il davam edən məhkəmə davası başa çatıb.
Lent.az-ın xəbərinə görə, Aysel Əlizadə bu barədə mətbuat konfransında özü məlumat verib.
O bildirib ki, məhkəmə üçüncü dəfə onun xeyrinə qərar verib və bu qərar bir neçə gün sonra elan olunacaq.
"Qərara əsasən, Xoşqədəm Hidayətqızı mənə vurduğu maddi və mənəvi ziyana görə kompensasiya ödəməli, öz verilişində haqqımda səsləndirdiyi fikirlərin doğru olmadığını deməli və üzr istəməlidir",- deyə müğənni bildirib.
"Kompensasiya simvolik rəqəmlərdir. O mənə elə bir zərbə vurdu ki, 100 000 manat təzminat tələb eləsəm, az qalardı, lakin bunu etmirəm. Bu mübahisənin uzanmasını, davam eləməsini də istəmirəm. Sadəcə adımın üzərinə vurulmuş ləkənin götürülməsini tələb etmişəm və edirəm. O öz proqramında haqqımda bildirib ki, guya çox imkanlı və ailəli bir kişinin yuvasını yıxmışam. Həmin kişinin xanımı efirə çıxıb haqqımda ağzına gələni deyib, pis fikirlər formalaşdırıblar, cəmiyyət də buna inanıb. İndi deyirlər ki, mən "day-day" sayəsində məhkəmədə udmuşam. Mənim dayım hakimdir və o Xoşqədəmin başqa bir adamla olan məhkəmə işində onun lehinə qərar çıxarmışdı. Yəni ortaqlıda hər hansı qanun pozuntusundan söz gedə bilməz",- deyə müğənni qeyd edib.
O həmçinin bildirib ki, məhkəmə Xoşqədəm Hidayətqızının öz proqramını profilinə uyğun şəkildə idarə etmədiyini də bildirib.
"Xoşqədəm məhkəmənin qərarlarını yerinə yetirməsə bu qanun pozuntusu sayılacaq və yenidən məhkəməyə veriləcək",- deyə Aysel Əlizadə vurğulayıb.
Lent.az məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının da mövqeyini səsləndirməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2132 Tarix: 27 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrAzərbaycanda ZƏLZƏLƏ OLDU
Lerikdə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub
27 sentyabrBoşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO
Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill
24 sentyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrAzərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçü
27 sentyabrQadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrSel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərb
24 sentyabr