Xaricdə təhsil adı ilə dələduzluq: 100 min manatlıq QALMAQAL - FOTO

Xaricdə təhsil adı ilə dələduzluq: 100 min manatlıq QALMAQAL - FOTOXaricdə təhsil və iş üzrə "Smart Business Group" şirkətinin direktoru Anar Xəlilov barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Qaynarinfo" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatındadır. Doqquz yanvar 2024-cü il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.

Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Bu ilin aprelində mediada həkim, reanimatoloq Gündüz Qasımovun Anar Xəlilovun əməlləri ilə bağlı müraciəti dərc edilib. Gündüz Qasımovun sözlərindən aydın olur ki, o da Anar Xəlilovun qurbanlarından biridir.

Həkim bildirib ki, Anar Xəlilov özünü vətəndaşlara Azər Əliyev kimi təqdim edib:
Xaricdə təhsil adı ilə dələduzluq: 100 min manatlıq QALMAQAL - FOTO"Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 min manatdan çox pul alıb".

Gündüz Qasımovun sözlərinə görə, Anar Xəlilov üç dəfə dədləduzluq əməlinə görə mühakimə olunub. Sonuncu dəfə Monteneqroda həbs edilib. Lakin bir müddət Kürdəxanı təcridxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Anar Xəlilovun cinayət işi üzrə 5 nəfər zərəçəkmiş qismində tanınıb. 178.3.2-ci maddə ilə Anar Xəlilovu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1004   Tarix: 27 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr