Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHI

Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHITez-tez Milli Məclisin deputatları ilə bağlı xoşagəlməz xəbərlər ilə qarşılaşırıq. Deputatlar ya açıqlamaları, ya da haqlarında yayılan xəbərlər ilə gündəmi zəbt edirlər. Bu məlumatlar bəzən elə olur ki, aylarla müzakirə olunur. Sonxeber.az adı qalmaqallarda hallanan məmurların və açıqlamaları ilə yaddaqalan deputatların siyahısını təqdim edir:

Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olan "Porsche Cayenne GTS" markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilib. Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib. O, həmin vaxt Bakıda olmadığını, Brüsseldə səfərdə olduğunu qeyd edib. Deputatın ""Porsche" nə vaxtdan bahalı maşın olub? Məgər deputatın "Porsche"si ola bilməz? Burada qeyri-adi nə var?" deməsi də sosial şəbəkələrdə bir müddət müzakirələrə səbəb olub. Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS" markalı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat" markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb.
Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIMilli Məclisin deputatı Fazil Mustafa mart ayında Bakıda yaşadığı evinin qarşısında güllələnib. Silahlı hücuma məruz qalan millət vəkilininə bir neçə dəfə atəş açılsa da iki güllə yarası almışdı.

Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deputat və Milli Məclisin sədr müavini olan zaman işlətdiyi bu fikirlər narazılığa səbəb olmuşdu. Onun budcə müzakirəsi zamanı "Hər kəs ayağını yorğanına görə uzatmalıdır" fikri müzakirələrə səbəb olmuşdu.

Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIQalmaqallı açıqlamaları gündəmdən düşməyən deputatlardan biridə Tahir Kərimlidir. O plenar iclasların birində Milli Məclisdə qrammatik şöbənin yaradılmasını təklif etmişdi. Deputat bir sıra qanunların dilini başa düşmdiyini söyləyib:
"Keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır".

Deputatın daha səs-küyə səbəb olan fikri isə itlər ilə bağlı olub. O küçə itlərini yığıb Koreyaya, Çinə satılmasını təklif edib. Deputatın səsləndirdiyi Həmin fikri təqdim edirik:
"Hər yer sahibsiz küçə itləri ilə doludur. İtləri yığıb Koreyaya, Çinə sataq, ya nə edək?!".
Bu ilin mayın 31-də keçirilən plenar iclasında "Sanitariya-epidemioloji salamatlıq haqqında" müzakirəsi zamanı qanun layihəsi barədə çıxış edərkən deyib.

Deputat küçə itlərinin kütləvi şəkildə çoxalmasını ciddi problem kimi qaldıraraq bildirib ki, bu, uşaqlar üçün xüsusilə təhlükəlidir, quduzluğa yoluxma riski yüksəkdir.

"Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat çıxışında deyib ki, Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməlidir.Deputat hökumətdən xahiş edib ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin:

Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIDeputat Aqil Abbas işsizliklə bağlı söylədiyi fikirlər etiraza səbəb olmuşdu.

O bildirmişdi ki, Amerikada, İngiltərədə, Fransada və ya Türkiyədə də hamı işlə təmin edilməyib: "Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Mən də istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var".
Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIMediada maraqlı açıqlamaları ilə gündəmi zəbt edən deputatlardan biri də Siyavuş Novruzovdur. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Azərbaycan" qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi. "Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!", - deyə Siyavuş Novruzov bildirmişdi.Bu açıqlamalarına görə deputatlar müzakirələrə səbəb olmuşdu.
Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIMilli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status da müzakirələrə yol açıb.

Belə ki, Musabəyov statusunda satıcının icazəsiz işləməsinə, vergi ödəməməsinə diqqət çəkməyə çalışaraq məmurları bununla bağlı tədbir görməyə çağırıb.

"Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaitinin xərcləndiyi "Azneft" meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon icralarının onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçilərinə etdiyim irada hələ ki heç bir reaksiya yoxdur", deyə Musabəyov qeyd edib. Statusuna görə tənqidlə üzləşən deputat sonradan üzr istəməyi özünə borc bilib.

Açıqlamaları ilə yadda qalan deputatlar və məmurlar - SİYAHIQalmaqallı və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb.

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovla da Zakir Soltanovla eyni gündə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsində elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 4 il 6 aya qədər endirilib.

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov da nazirliyin digər əməkdaşları ilə eyni vaxtda və eyni şübhələrlər həbs olunub. Onun da barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyatın keçirildiyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, nazirin birinci müavini Elnur Əliyev də daxil olmaqla bir neçə yüksək vəzifəli nazirlik rəsminin saxlanıldığı deyilir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1988   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr