Yeni ili qeyd etmək haramdır? - İLAHİYYATÇI AÇIQLADI
Hər il Yeni ili qeyd edib etməmək məsələsi gündəmə gəlir. Müsəlmanlar bunun xristian bayramı olduğunu, qeyd etməyin onlara oxşamaq mənasına gələcəyini, çox israf edildiyini, həmin gün haramların daha çox həyata keçirildiyini qeyd edərək Yeni il qeyd etməyin haram olduğunu iddia edirlər. Həqiqətənmi müsəlmanların yeni ili qeyd etməsi haramdır?
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, Qurani -Kərimdə Allah xüsusi olaraq heç nəyə halal yaxud haram deyə bilməyəcəmizi açıq aşkar bildirir:
Uca Allah belə buyurur ki, dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"- deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan danışanlar nicat tapmazlar". Bizim problemimiz "Christmas" ilə Yeni ili qarışdırmağımızdır. Çünki əslində "Christmas" İsa peyğəmbərin anadan olan bir gündür. Yeni il isə bu gün Miladi təqvimi ilə bir ilin bitməsi, yeni təqvim ilinin başlaması ilə bağlıdır. Yəni burada hər hansı bir xristian, yəhudi, çin və s. təqvimindən söhbət getmir. Sadəcə bir təqvimin bitməsi və yenisinin başlaması ilə bağlıdır.
İlahiyyatçı bildirib ki, indi burada belə bir sual yaranır. "Christmas" qeyd etmək haramdır?:
"Heç kim bu hökmü verə bilməz. Xristianlar özü bu bayramı İsa peyğəmbərin anadan olduğu gün kimi qeyd edirlər. Bu mərasim isə İsa peyğəmbərin sağlığında qeyd edilməyib. Onun ölümündən qısa bir vaxt sonra da qeyd edilməyib. Əslində bu festival İsa peyğəmbərdən əsrlərlə sonra həyata keçirilib. Buna səbəb isə Roma imperatorluğu tərəfindən qeyd edilən günəş tanrısının dekabr ayının 25-də ad gününü qeyd etməklə əlaqəlidir. Həmin festivalda Roma imperatoru Aureliyanın 274-cü ildə günəş tanrısını imperatorluğun qoruyucusu olaraq elan etməsi ilə rəsmi olaraq qeyd edilməyə başlanmışdır. Daha doğrusu rəsmiləşdirilmişdir.
Elşad Miri qeyd edib ki, bu günün qeyd edilməsinin haram olduğunu əsas gətirənlər buradakı bir neçə məsələni qeyd edirlər:
"Bunlardan biri israfın daha çox olduğu, bu günlərdə haramın daha çox işlədildiyi, bundan əlavə bunun başqa bir qövmə oxşamaq kimi bir rəvayət var. Daha sonra isə bunun müsəlmanlara aid olmadığını və müsəlmanların kültürünə uyğun olmadığını əlaqələndirərək haram olduğunu bildirirlər.Burada məsələ kiminsə yeni il şənliyi keçirməsi yaxud keçirməməsi deyil. Biz məsələn ailə olaraq belə bir şeyi qeyd etmirik. Amma qeyd edənlərə heç kim, heç bir şəkildə sən haram iş görürsən deyə bilməz. Kimin keçirib yaxud keçirməməsindən asılı olmayaraq heç kim başqa birini bu məsələdə tənqid yaxud təhqir etməyə ixtiyarı yoxdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar