Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda 40 MANAT CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ - RƏSMİ
Bakıda İstiqlaliyyət və Azərbaycan prospektlərində velosiped yolu salınıb.
Bəzi sürücülər həmin zolağa daxil olduğu halda cərimələnib-cərimələnməməsindən xəbərsizdirlər.
Bu məsələni aydınlaşdırmaq məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.
İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, öz zolağından çıxaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinini pozan velosipedçilər cərimələnə bilər:
"Velosiped zolağınında avtobus zolağı kimi tələbi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir ki buda həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib.
Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulan hal var. Yəni Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri seçilə bilər.
Onsuz da velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağına digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yol verilməzdir. Bu baş verərsə, dayanma-durma tələbinin pozulması və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır".
DYP rəsmisi velosiped zolağına moped və motosikletlərin daxil olmasına icazə verilib-verilməməsinə də aydınlıq gətirib:
"Moped velosiped zolağına daxil ola bilər. Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır yəni onlar tam hüquqlu nəqliyyat vasitəsi hesab olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 735 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabr