Sosial şəbəkələrdə orqan nəqli üçün pul toplayanlara Agentlikdən REAKSİYA

Sosial şəbəkələrdə orqan nəqli üçün pul toplayanlara Agentlikdən REAKSİYASon günlər iki nəfər sosial şəbəkə üzərindən orqan tranplantasiyası üçün vəsait toplamağa başlayıb. Bu barədə paylaşımları görən şəxslər isə onların yardım kampaniyasına dəstək olurlar.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bir qrup insan paylaşımların altına ölkədə orqan transplantasiyasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirildiyini qeyd etsə də, yardım kampaniyaları dayandırılmayıb.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunub və məsələ araşdırılıb.

Agentlikdən verilən məlumata görə, sosial şəbəkələr vasitəsilə Kamran Abdıyev və Xəqani Niftalıyev adlı vətəndaşlara orqan köçürülməsi məqsədi ilə vəsaitin toplanması ilə bağlı məlumatlar araşdırılıb və 19 dekabr tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Agentliyə Kamran Abdıyevin böyrək transplantasiyasına ehtiyac olmasına dair məktub ünvanlanıb:

"Hazırda vətəndaş əməliyyatdan əvvəl müayinələrə cəlb olunub, donor olmaq istəyən vətəndaşın donor uyğunluğu qiymətləndirilir. Uyğun olduğu təqdirdə böyrək transplantasiyası əməliyyatı icbari tibbi sığorta hesabına icra olunacaq.

Qaraciyər transplantasiyası əməliyyatına ehtiyacı olan Xəqani Niftalıyevin isə canlı donoru olmadığı üçün əməliyyatın icrası hazırda mümkün deyil. Donor olduğu təqdirdə sözügedən əməliyyat icbari tibbi sığorta çərçivəsində tam qarşılanacaq".

Qeyd edək, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor - öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent - müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir.

Orqan transplantasiyasına ehtiyacı olan vətəndaş sənədləri ilə bir yerdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə birbaşa müraciət etməlidir. Koordinasiya Mərkəzi Bakı Sağlamlıq Mərkəzində yerləşir. Koordinasiya Mərkəzinin nümayəndəsi pasiyentin (əvvəlki tibbi müayinə nəticələrini) sənədləri ilə tanış olur. Bu sənədlər klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz) ola bilər. Resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər.

18 yaşına çatmış birinci dərəcəli qohumu donor olmağa razıdırsa pasiyent müvafiq lisenziyası olan tibb müəssisələrindən birinə yönləndirilir. Həmin xəstəxanada transplantasiya üzrə Komissiya üzvləri əməliyyatın zəruriliyi barədə rəy verir. Bu qərar Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərilir. Bundan sonra Mərkəz transplantasiya əməliyyatının hazırlıq prosesinə başlamaq üçün icazə verir.

Ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsaitin toplanılmasına dair müraciətlərlə qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat verməyinizi rica edirik.

Vətəndaşlar Agentliyin "1542" Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən "Zəng sifariş et" və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstəriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 506   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr