Dünyada düyü böhranı: Azərbaycanda qiymət artacaqmı? - FOTO
Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.
Statistikaya görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
Qlobal bazarda 2022-ci ildə düyü ixracı 28,9 milyon ton və ya 23,3 milyard ABŞ dolları olub. Dünya üzrə ixrac olunan düyünün 80%-dən çoxu Hindistan, Tailand, Vyetnam, Pakistan, ABŞ, Çin, İtaliya, Myanma, Braziliya və Belçikanın payına düşüb. Düyü idxalı üzrə ilk beşlikdə isə Çin (10,9%), ABŞ (5,9%), Filippin (5,3%), Kot-d İvuar (3,4%) və İraq (3,1%) yer alıb.
Bəs bütün bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Xalid Kərimli bildirib ki, Azərbaycanda da düyünün qiyməti dəyişəcək:
"Azərbaycanın düyü idxalında əhəmiyyətli yeri Hindistan tutur. Ölkəmizə düyü Rusiya, İran, Mərkəzi Asiyadan gətirilsə də, 70-80 faizi Hindistanın payına düşür. Dünya ölkələrinə düyü ixracının 40 faizini Hindistan təşkil edir. Bildiyiniz kimi, bu il Hindistan öz düyü bazarını qorumaq üçün ixracına 20 faiz məhdudiyyət tətbiq etdi. Bunun səbəbi iqlim dəyişikliyi idi. Bu da təbii ki, Azərbaycanda qiymətlərə öz təsirini göstərdi və qiymətlərin artmasına səbəb oldu. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır".
Xatırladaq ki, 2021-2022-ci illərdə ölkəmizdə düyünün bir kiloqramının sahədən və ya topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.
Qeyd edək ki, 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb.
2022-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən dörd dəfə, 2021-ci ilə nisbətən isə 8,4% artaraq, 11,6 min ton olub.
Ötən ildə çəltik istehsalının 24,4%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,1%-i Ucar, 12,2%-i Göyçay, 24,6%-i isə digər rayonlarının payına düşüb.
2022-ci ildə Göyçay rayonunda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
Ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar