YAP Zahid Orucu "vurdu" - Deputat kimlərin hədəfindədir?

YAP Zahid Orucu "vurdu" - Deputat kimlərin hədəfindədir?Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat mərhələsinə rəsmi qaydada start verilməsə də, tərəflər artıq bir-birilərinin "bostanına daş atmağa" başlayıblar. Bu dəfə isə "açılışı" hakim partiya edib. YAP-çı deputat Siyavuş Novruzovun prezidentliyə namizəd, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc barəsində dediyi sözlər analitiklər üçün uzaqgörən nəticələr çıxarmağa əsas verir. YAP-ın ən stajlı deputatlarından olan Siyavuş Novruzov fevralın 7-də namizəd olmağa hazırlaşan STM sədrinin şansını dəyərləndirib. O, Z.Orucun seçicilərin 0,1%-nin səsini alacağını iddia edib.

Riyazi hesablamaların nəticəsində seçicilərin 0,1%-nin, təxminən, 6.000 nəfər etdiyi məlum olur. Azərbaycan Prezidenti olmaq istəyən bir şəxsin bu qədər kiçik sosial dəstəyə malik olduğunu iddia etmək isə müzakirəsiz ötüşə bilməzdi. 2018-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 3,12%-nin (122.956 səs) səsini alan Z.Orucla bağlı bu qədər bədbin proqnozun ortaya çıxmasına səbəb nədir? Deputatın hansı əməli onun səslərinin təxminən 20 dəfə azalmasına səbəb olub?

"Yeni Sabah" məsələnin təfərrüatını araşdırıb. Həmsöhbət olduğumuz analitiklər məlum proqnozun ortaya çıxmasını S.Novruzovun xarakteri ilə əlaqələndiriblər. Onlar "acıdil adam" kimi xarakterizə etdikləri YAP-çı deputatın iddialarının arxasında çox vaxt konkret arqumentlərin dayanmadıqlarını vurğulayıblar.

İddialara görə, çoxillik parlament yoldaşı olmalarına rəğmən, S.Novruzovun Z.Orucla münasibəti xeyli soyuqdur. Tərəflər arasında inciklik o səviyyə çatıb ki, Z.Oruc rəhbərlik etdiyi qurumun tədbirlərinə S.Novruzovu heç vaxt dəvət etmir. Hətta bəzən YAP-ın digər deputatları da "yaddan çıxır".

Aldığımız məlumata görə, YAP funksionerinin Z.Orucu "vurması" onun şəxsi təşəbbüsü deyil. Hakim partiyanın kuluarlarında da Z.Oruca münasibətin "isti" olmadığı deyilir. Buna STM-in vaxtaşırı keçirdiyi sorğuların səbəb olduğu bildirilir. YAP-da hesab edirlər ki, Z.Oruc bəzən obyektivliyini itirir və dövlət qurumları arasında ayrı-seçkilik edir. Onun hakimiyyətdaxili mübarizədə tərəfə çevrilməsi isə personasına münasibətin dəyişməsi ilə nəticələnib. Əvvəlki dövrlərdən fərqli olaraq, indi Z.Oruc hakim partiya üçün arzuolunan şəxs sayılmır.

Analitiklər hakim partiyanın S.Novruzovun dili ilə Z. Oruca mesaj verdiyini iddia edirlər. Onların qənaətinə görə, fevralın 7-də keçiriləcək prezident seçkilərində Z.Orucun səsi 1%-in altında olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 784   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr