Ermənilər deputatlığa namizədliyini irəli sürə bilər? - AÇIQLAMA

Ermənilər deputatlığa namizədliyini irəli sürə bilər? - AÇIQLAMA2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı, Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu seçki həm də tarixi bir seçki olacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər o cümlədən səs verə biləcək. Burada maraqlı bir sual yaranır. Xankəndidə yaşayan ermənilər deputatlığa namizədliyini irəli sürə bilər?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, hal-hazırda Qarabağda erməni millətindən deputat seçilməsi üçün kifayət qədər elektorat yoxdur:

"Əgər, gələcəkdə say tərkibi yaranarsa, konstitusiyamız, millətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının seçilmək hüququnu tanıyır".

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycanda dinindən yaxud kimliyindən asılı olmayaraq hər kəsin seçmək və seçilmək hüququ var:

" Qanunvericilikdə bu tam öz əksini tapıb. Praktiki müstəvidə belə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, hətta 1918-ci illərdə belə bu hüquq təmin edilib. Bu gün Azərbaycanda rus əsilli, yəhudi və ləzgi əsilli, digər azsaylı xalqların nümayəndələri olan Azərbaycan vətəndaşları həm səs verir, həm də öz namizədliyini irəli sürürlər. Bu baxımdan heç bir problem olmayıb. Azərbaycan qanunvericiliyi orqanında azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Azərbaycan çox konfessional və çox milləti ölkədir. Bu baxımdan Azərbaycan dünyada bəlkə ən nadir ölkələrdəndir. Bütün xalqların nümayəndələrinin hüquqları tam təmin edilir".

Asif Nərimanlı bildirib ki, Azərbaycanda etnik qruplar milli və dini kimliyinə görə, seçilmir:

" Praktiki müstəviyə nəzər saldıqda, Azərbaycan vətəndaşlığını qəbul edən və Xankəndidə yaşayan ermənilərin seçmək və seçilmək hüququ var. Təbii ki, onlar qanunverici orqanda təmsil olunmaq və namizədliyini irəli sürmək istəyərsə bunda heç bir problemin olmadığını düşünürəm. Həm qanun bu hüququ tanıyır, həm də indiyə qədərki Azərbaycanın seçki təcrübəsi göstərir ki, digər vətəndaşlar kimi Azərbaycanda erməni əsilli vətəndaşlar və Xankəndidə yaşayan ermənilər bu hüquqdan faydalana biləcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1139   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr