Bu il ədalətli qərarlar daha çox olub - RƏYLƏR

Bu il ədalətli qərarlar daha çox olub - RƏYLƏRMəlum olduğu kimi, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalanıb. Ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan bu fərmanın icrası ilə əlaqədar ötən müddət ərzində həyata keçirilmiş mühüm dəyişikliklərin şahidi oluruq. Maraqlıdır, bəs bitməsinə sayılı günlər qalan 2023-cü ildə islahatların nəticəsi olaraq məhkəmələrdə hansı müsbət dəyişikliklər müşahidə olunub? Geridə qoyduğumuz il məhkəmələrin fəaliyyəti baxımından necə yadda qalıb?

E-huquq.az mövzu ilə bağlı vəkillər arasında sorğu keçirib.

Vəkil Taleh İbrahimov deyib ki, bu il məhkəmə sahəsində nəzərəçarpacaq irələyiş müşahidə olunub.

"Bütün instansiya məhkəmələrində işlərə sürətli və operativ baxılması ilə bağlı müsbətə doğru dəyişikliklər var. Əvvəllər məhkəmə iclaslarının vaxtında başlamaması problemi var idi, amma artıq bu problem demək olar ki, aradan qalxır. İş yükü çox olsa da, çalışırlar ki, iclaslar vaxtında başlasın. Həmçinin işlərə obyektiv baxılması və ədalətli qərarların çıxarılması ilə bağlı da irəliləyiş var. İşin tam obyektiv və hərtərəfli araşdırılması aparılır. Artıq biz vəkillər məhkəməyə arxayın gedirik, çünki bilirik ki, əgər iş qanunvericiliyə əsasən, hüquqlarını müdafiə etdiyimiz şəxsin xeyrinə həll olunmalıdırsa, məhkəmə də bu cür qərar qəbul edəcək. Bununla bağlı qeyri-müəyyənlik yoxdur. Bundan başqa, deyə bilərəm ki, qeyri-prosessual hərəkətlərə yol verilmir. Eyni zamanda artıq iclasların vaxtını təyin edərkən vəkillərin iş qrafikini də nəzərə almağa çalışırlar. Əvvəlllər məhkəmə qərarlarını vaxtında təqdim etmirdilər, amma indi çalışırlar ki, maksimum tez versinlər. Müsbət hallardan biri də cinayət işləri üzrə bəraətverici hökmlərin sayının artmasıdır. Ümumilikdə aparılan islahatları və hazırkı vəziyyəti müsbət qiymətləndirirəm", - deyə o qeyd edib.

Emin Kiçikbəyov da 2023-cü ildə məhkəmələrin fəaliyyətində çox böyük dəyişiklik olduğunu bildirib: "Deyə bilərəm ki, əvvəlki illərə nisbətən 70-80 faiz dəyişiklik müşahidə olunur. Qeyri-prosessual münasibətlər aradan qalxıb. Gənc hakimlərin təyin olunması öz müsbət təsirini göstərir. Gənc hakimlərin, xüsusən də xanım hakimlərin fəaliyyəti bir vəkil kimi məni çox sevindirir. İşə çox şəffaf və obyektiv baxırlar. Heç bir kənar müdaxilə və ya təzyiqə imkan vermirlər. Müstəqil və ədalətli qərarlar qəbul edirlər. Biz vəkillər də rahat şəkildə sübutlarımızı təqdim edirik və bilirik ki, ədalətli nəticə əldə edəcəyik".

Nigar Əliyeva isə əvvəlki illərdə mövcud olan bir çox probelmlərin aradan qalxdığını deyib: "İclaslar vaxtında başlayır. İşlərə tam obyektiv və hərtərəfli baxılması təmin olunub. Bəzi məhkəmələr var ki, iş yükünün çox olmasına görə qərarları vaxtında hazırlaya bilmirlər. Lakin əksər məhkəmələrdə artıq qərarlar vaxtında hazırlanır. Bütün prosessual qaydalara riayət olunur. Məhkəməyə əlçatanlıq təmin olunub".

Gülnar Qulizadə də müsbət dəyişiklər müşahidə etdiyini söyləyib: "Hesab edirəm ki, bu il ədalətli qərarlar daha çox olub. Çünki qərar çıxararkən məhkəmə təcrübəsinə daha çox əsaslanıblar. Məsələn, əvvələr bir iş üzrə müxtəlif qərarlar qəbul olunurdusa, artıq vahid təcrübə formalaşıb. Bundan başqa, əvvəllər vəkillərin vəsatətlərinə biraz barmaqarası baxılırdısa, getdikcə bu münasibət dəyişir. Vəkillərin verdiyi vəsatətlər daha çox təmin olunur. Bu da bizim işimizə çox böyük kömək edir. Həmçinin, məhkəmə iclaslarının vaxtında başlamasına nəzarət olunur. Çalışırlar ki, proses vaxtında başlasın və vaxtında bitsin. Bu kimi məsələlərdə müsbət irəliləyişlər var".

Rəşad Əliyev isə deyib ki, mövcud vəziyyət onu tam qane etməsə də, irələliləyişlərin olması sevindiricidir: "Əvvəlki illərə nisbətən işlərin daha obyektiv araşdırılması müşahidə olunur. Həmçinin vəkil vəsatətlərinin daha çox qəbul olunmasını, işin hərtərəfli araşdırılması üçün zəruri addımların atılmasını görürük. İclasların vaxtında başlamaması problemi də nisbətən aradan qalxıb. Düzdür, yenə də gecikmələr olur, bu da insan faktoru ilə bağlı olan məsələdir. Amma əksər məhkəmələrdə proseslərin vaxtında başlamasına çalışırlar. Fikrimcə, yaxşı olardı ki, "Elektron məhkəmə" informasiya sistemində elə bir funksiya yaradılsın ki, hakim iclası təyin edərkən vəkilin həmin vaxt başqa prosesinin olub-olmadığını öyrənə bilsin. Bu, həm vaxt itkisinin qarşısı alacaq, həm də vəkillərin öz işlərini daha səmərəli qurmasına kömək edəcək".

Pənah Məmmədov isə müşahidə etdiyi dəyişiklərdən danışarkən bunları deyib: "Mülki mühakimə icraatında demək olar ki, 95 faiz ədalətli qərarların şahidi oluruq. Hakimlərin işi tamamilə obyektiv araşdırdığını görürük. Mülki sahədə əvvələr qarşılaşdığımız problemlərin 90 faizi demək olar ki, aradan qalxıb. Cinayət işlərində də vəziyyət nisbətən dəyişib, amma tam düzəldiyini demək olmaz. Həmçinin qeyd etməliyəm ki, bir sıra məhkəmələr istisna olmaqla, proseslərin vaxtında başlamasına daha çox riayət olunur. Əvvəlki kimi prosesin başlamasını xeyli müddət gözləməli olmuruq. Lakin məhkəmə qərarlarının "Elektron məhkəmə" sisteminə yerləşdirilməsində isə ləngimələr hələ də var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 712   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr