MSK sədri beynəlxalq müşahidəçiləri seçki prosedurlarında yaxından iştiraka dəvət edib

MSK sədri beynəlxalq müşahidəçiləri seçki prosedurlarında yaxından iştiraka dəvət edibMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.

Bu barədə Sonxeber.az-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Müşahidə missiyasın rəhbəri və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.

MSK-dakı səmimi qəbula və sıx iş qrafikinə rəğmən görüş üçün vaxt ayırdığına görə sədr Məzahir Pənahova minnətdarlığını ifadə edən İoğan Mörfi seçki müşahidə missiyasının strukturu və tərkibi barədə məlumat verib. Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi ilə maraqlanıb, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr barədə onları məlumatlandırmasını xahiş ediblər.

Sədr M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrə mühüm əhəmiyyət verdiyini, əməkdaşlığa hər zaman açıq olduğunu və bütün proseslərin geniş aşkarlıq şəraitində reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və sözügedən seçkilərlə əlaqədar həyata keçirilmiş, eləcə də nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb.

Seçki hazırlıqlarının ardıcıl və sistemli şəkildə davam etdiyini deyən sədr bildirib ki, növbədənkənar Azərbaycan Prezidenti seçkilərində indiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub.

O cümlədən diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfindən yoxlanılır.

MSK sədri seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib. Bildirib ki, bütün mərhələlər kimi, tam şəffaf həyata keçirilən və ictimaiyyətə açıq olan bu proseslərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradılıb. Digər maraqlı şəxslər kimi, onlar da hər zaman işlərin gedişatını birbaşa müşahidə edə bilərlər.

Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 588   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr