"Vətən-N"nin vəzifəli şəxsi Elm və Təhsil Nazirliyini necə aldadıb? - Saxta tenderlərin qalibi

"Vətən-N"nin vəzifəli şəxsi Elm və Təhsil Nazirliyini necə aldadıb? - Saxta tenderlərin qalibiDövlət tenderlərdə iştirak üçün təqdim edilən sənədləri saxtalaşdıran "Vətən-N Mühafizə Xidməti"nin vəzifəli şəxsinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin 1989-cu il təvəllüdlü, "Vətən-N Mühafizə Xidməti"nin 10 saylı filialının direktoru Rəhimov Rafiq Cəbrayıl oğlu tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Rafiq Rəhimov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin həmin nazirlik tərəfindən ayrılan vəsait hesabına maliyyələşən 34 tədris müəssisəsində mühafizə xidmətinin satın alınmasını təmin etmək məqsədi ilə özü tərəfindən "yahoo.com" xarici dövlət saytından istifadə edərək Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda, tarixdə və şəraitdə mailto:[email protected] adlı saxta elektron ünvana açaraq ,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə özünün istifadəsində olan mobil nömrə vasitəsi ilə mühafizə xidmətinin satın alınmasına dair saxta müraciət edib.

O, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyliyə məxsus imzaları saxtalaşdırıb, sözügedən quruma məxsus rekvizitlərə dair məktubların üzərində tarix qeydi hissəsinə rəqəmləri, nömrə qeydi hissəsinə "AİBNDX" yazıları və rəqəmləri diyircəkli qələmlə yazaraq rəsmi sənəd kimi Elm və Təhsil Nazirliyinin müəssisələrinə göndərib.

Həmin şəxs Zaqatala şəhər gimnaziya məktəbinin mühafizə ilə təmin olunmasına görə 54 min manat, Respublika Texniki Yaradıcılıq Mərkəzinin 54 min manat, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli internat məktəbinin 54 min manat, Bakı Avropa Liseyinin 54 min manat və digər 21 təhsil müəssisəsinin mühafizə xidmətinin satın alınmasına dair sənədləri saxtalaşdırıb.

Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən Rafiq Cəbiyev ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək deyib ki, kotirovka zamanı tam qanuna uyğun kiməsə kömək edib, heç bir qeyri-qanuni iş həyata keçirməyib. Bütün işləri də düzgün aparıb. Cinayət işində isə 30 çox təşkilat var, onların elektron poçt ünvanını haradan götürdüklərini bilmir. Həmin elektron poçt ünvanını satınalmadan zəng edib götürüb. Məktub formaları, protokol formaları ilə bağlı köməklik göstərib.

Məhkəmənin hökmü ilə Rafiq Cəbiyev Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 5 min manat məbləğində cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanıb.

"Vətən-N Mühafizə Xidməti"nin qanuni təmsilçisi Cahangirov Namiq Babacan oğludur. Bundan əvvəl isə qanuni təmsilçi Qasımov Etibar Ağahüseyn oğlu olub. "Riyad Mühafizə Xidməti" MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 683   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr