Hansı evlərə kommunal xidmətlərin göstərilməsi QADAĞANDIR? - AÇIQLAMA
"2023-cü il oktyabr ayının 1-dən çıxarışı olmayan fərdi həyat evlərinə kommunikasiya xətlərinin çəkilməsi qadağan edildi. Həmin tarixə qədər çıxarışı olmayan yaxud çıxarışı olan bütün əmlaklara çəkilmiş kommunikasiya xətləri, qaz su, işıq, telefon xətləri hər biri qüvvədə qalır. Lakin həmin tarixdən sonra tikilən əmlaklara kommunikasiya xətləri çəkilmir. Buna əsas səbəb tikilmiş fərdi yaşayış evlərinin təyinatının digər təyinatlı torpaqlarda tikilmədir. Yəni hər hansı bir fərdi yaşayış evlərinə sənədin alınması üçün mütləq şəkildə həmin ərazinin təyinatı, yaşayış məntəqələri və təyinatı olmalıdır"
Bu sözləri Sonxeber.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, bu gün hal hazırda təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarış ala bilməyən fərdi həyat evləri varki onlara verilməməsinin ən böyük səbəbi həmin ərazilərdə yerləşən fərdi həyat evlərinin torpaqlarının digər təyinatlı torpaqlar olmasıdır:
"O baxımdan qanunvericilik əsasən digər təyinatlı torpaqda kənd təsərrüfatı, istehsal sahəsi yaxud digər təyinatlı torpaqlarda yaşayış məntəqələri üçün kommunikasiya xətləri çəkmək qanuni baxımından bəyənilən deyil. Lakin zamanında vətəndaşların bu cür ərazilərdə fərdi yaşayış evləri tikdiklərinə görə, artıq həmin ərazilərə çəkilib. Lakin yeni qanuna əsasən bu qadağan olundu. Mütləq şəkildə vətəndaşlar hər hansı problemlə üzləşməmək üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsini maksimal çıxarışlı torpaq almalıdır. Həmin torpağa təyinat yaşayış məntəqələri torpaqları yazılmalıdır ki, o torpaq üzərində tikilmiş fərdi yaşayış evlərinə həm tikintiyə çıxarış ala bilsinlər, həm də kommunikasiya xətləri çəkə bilsinlər".
Ekspertin sözlərinə görə, fərdi yaşayış evləri üçün satılan torpaq sahələri böyük əksəriyyəti sərəncamlarla satılır:
"Sərəncamlar alqı-satqı oluna bilmədiyinə görə onlar həmin torpaqları etibarnamə yolu ilə alırlar. Hansı ki, etibarnamə yolu ilə hər hansı bir əmlakı almaq arzuolunan deyil. Çünki etibarnamə verən şəxslər etibarnaməni ləğv edə bilər. Adam dünyasını dəyişsə etibarnamə öz hökmünü itirə bilər. Həmin sərəncam üzərində alınmış torpağa çıxarış verilərkən çıxarış mütləq şəkildə sərəncam sahibinin adına çıxacaq. Gələcəkdən həmin şəxslər mövcud sahibinin xeyrinə qərar verəcək yaxud verməyəcək".
Elnur Fərzəliyev qeyd edib ki, bu cür şübhəli məsələlər olduğu üçün daha çox tövsiyə olunur ki, çıxarışlı əmlaklara üstünlük versinlər və gələcəkdə bu cür məsələlərlə qarşılaşmasınlar:
"Bu qanunun təsdiqlənməsinin əsas səbəbi ondan ibarətdir ki, artıq vətəndaşlar bilməlidirlər ki, çıxarışsız torpaqlarda, təyinatı fərqli olan torpaqlarda tikiləcək fərdi yaşayış evlərində kommunikasiya xətləri çəkilməyəcək, onların həmin kommunikasiya xətləri olmayacağına görə əmlaklardan istifadə edə bilməyəcəklər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar