"Space TV"yə xəbərdarlıq edilib

"Space TV"yə xəbərdarlıq edilibAzərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı "Space TV" kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış "Ekstra müsahibə" proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində "Gül kimi Şou" proqramında müəllifə istinad edilməyərək yayımlanıb.

Bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən "APAMARK" MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.

Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1533   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Leyla Medical"da koordinator həkim kimi fəaliyyət göstərib - Klinika cərimələndi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Referans Medical Group" daxilində fəaliyyət göstərən "Leyla Medical Center"də yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada ciddi nöqsanlar aşkar edilib. Məlum olub ki, klinikada həki

15 aprel
.

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd

17 aprel
.

Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

16 aprel
.

İşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat

17 aprel
.

Xırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:50. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşero

17 aprel
.

Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub. "Unikal"a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliye

16 aprel
.

Sabah 23 dərəcə isti olacaq

Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qər

17 aprel
.

Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi

Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Şuraya sədrlik edə

15 aprel
.

Korovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?

"Space" Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdə

16 aprel