Bu gün Nüsrət Kəsəmənlinin doğum günüdür
Bu gün azərbaycanlı şair, publisist, ssenarist Nüsrət Kəsəmənlinin doğum günüdür.
Oxu.Az xatırladır ki, Nüsrət Kəsəmənli 29 dekabr 1946-cı ildə Ağstafa rayonunda anadan olub.
O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.
Universitetin II kursundaykən 1969-cu ildə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra 1978-1985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.
1981-1984-cü illərdə fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. 1985-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib.
1985-ci ildən "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.
Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılara şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb.
"Daha nağıllara inanmıram mən", "Biri vardı, biri yox", "Səni unutsam", "Vətən alov etsin odunu sənin", "Mənsiz qalacaqdır bu dünya bir gün", "Oğru olmaq istəyirəm", "Ağacın altında kölgə", "Qoyunlar yeyəcək canavarları", "Məhəbbətdən küsəndə", "Yoxdursa", "Mənim o ağaca yazığım gəlir", "Mənə inanmırsan bir yuxu kimi", "İnanma əzizim, inan əzizim" məşhur şeirlərindən sayılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar