12 yaşlı qızını 32 yaşlı kişiyə nişanlayan ata DANIŞDI
"Qızım 2011-ci idə doğulub. Məktəbi oxuyub qurtarmadığı müddətcə toy olmayacaq. Oğlan evi ilə belə razılaşmışıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı qızını 20 yaş böyük oğlana nişanlayan ata Mübariz Quliyev deyib.
O bildirib ki, oğlanın anası gəlib 12 yaşlı qızını övladına istədiyini deyib:
"Biz qohum deyilik, amma ailəlikcə gediş-gəlişimiz var. Mənim üç oğlum, bir qızım var. Anası dedi ki, sizin ailəni tanıyıram, istəyirəm oğlum sənin qızın ilə evlənsin. Mən də demişəm ki, qızımın yaşı azdır, məktəbdə oxuyur. O, məktəbi bitirməyincə heç kimə qızımı vermirəm. Oğlan evi də dedi ki, 5 il, 10 il – nə qədər desəniz, gözləyəcəyik. Əsas odur ki, ad eləyək, rayon yeridir, bilək ki, qız bizimdir. İzahatımda da yazmışam, uşaq məktəbdən qalmayacaq. Dərslərindən də qalmayacaq. Oğlan evi ilə danışanda demişəm ki, qızım həkim olmaq istəyir. Mənim o qədər imkanım yoxdur ki, ona ayrıca müəllim tutub hazırlaşdırım. Amma oğlanın anası da dedi ki, oxumaq istəsə, biz də kömək edərik universitet də oxuyar. Bizim iki ailə arasında sözümüz belə olub".
M.Quliyev deyir ki, televiziyalarda gedən süjetdə bəzi məlumatlar yanlış çatdırılıb:
"Orada jurnalist xanım deyib ki, guya mənim yoldaşım anamı və qardaşımı həyətimizdən qovub, münasibətlərimiz yaxşı deyil. Amma belə bir şey yoxdur. Anam da, qardaşım da bu söhbətlərdə olublar, xeyir-dua da veriblər. Oğlanın ailəsi də milyoner deyil, bizim kimi sadə ailədir. Oğlan da təhsil almayıb, əkinçiliklə məşğul olur. Qızım məktəbi bitirdikdən sonra Sabirabadın Kovlar kəndinə gəlin köçəcək. Amma yenə deyirəm, izahatlarımda da var, qızım məktəbi bitirməyənə qədər toy olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1009 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr