Dərs ilinin müddəti uzadılır? Tədrisin vəziyyəti necə olacaq? - AÇIQLAMA

Dərs ilinin müddəti uzadılır? Tədrisin vəziyyəti necə olacaq? - AÇIQLAMA"Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadılması ilə bağlı fikirləri sosial şəbəkələrdə, mediada birmənalı qarşılanmayıb. Bu gün əsas müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu gün təhsilimizdə bir-birini əvəz edən problemlərin içərisində bir dərs ilinin müddəti, onun yaratdığı fəsadlar o qədər də ön sıralarda deyil. Doğrudur xarici ölkə təcrübələrinə baxdıqda Azərbaycanın dərs ilinin müddəti qısadır. Bir sıra ölkələrdə dərs ili adətən yayın sonlarında ən yaxşı halda iyun ayının sonunda bitir. Əsasən isə senytabrda başlayır. Təbii ki oktyabrda başlanan tədris illəridə var. Tədris ilinən oktyabrın 1-5-də başlayan ölkələrdə var".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. O bildirb ki, ümumilikdə götürəndə elə ölkələr var ki, onlarda dərs ilinin hətta 10-11 aya çatır:

"Dərs ilinin müddəti kəmiyyət göstəricidir. Məsələnin məzmununu keyfiyyət üzərində qurmaq lazımdır. Tutaq ki, artırdıq. Dərslər əvvəl sentyabrın 1-i başlayırdı. Sonra isə sentyabrın 15-i oldu. Təzədən senytabrın 15-i senytabr ayının 1-ə gətirdik. Deyək ki, iyunun 30-da bitirdik dərsləri. 1 ay artdı . Bəs sonra? Məsələnin məzmun göstəricisi tamam ayrıdır. Hələ mən demirəm ki, bunun uşaqlara nə kimi zərərləri olacaq".

Ekspertin sözlərinə görə, bizdə şagird sıxlığı ucbatından, müəyyən problemlərə görə şagirdlərin yüklənmə tendensiyası xarici ölkələrə nisbətində daha çoxdur:

"Xarici ölkələrdə- Finlandiya, Almaniya, İspaniya, Avstriya və Danimarkada artıq bu cəmiyyətdə norma şəklində cərəyan edir. Şagirdlər onlarda yüklənmir. Çünki tədris ilinin müddəti 11 aydır. Bizdən çoxdur. Amma bu tədris ili özü necədir? Onun keyfiyyəti uşaqları nə dərəcədə qane edir yaxud yoru anlayışını vermək lazımdır. Mən də etiraf edirəm ki, Azərbaycan tədris ilinin müddəti adını çəkdiyim ölkələrə nisbətdə qısadır. Yaponiyada az qala 11 aya çatır. Amma yapon şagirdi ilə bizim şagird bir deyil axı. Yaponiyada məktəbin infrastrukturu, məktəbin şagirdə verdiyi əlavə imkanlar, əlavə göstərici bir deyil. Tədris ilinin müddətini uzatmaq istəyiriksə, onda digər keyfiyyətləri də bir etməliyik".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10145   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr