Bakıda məmurla keçmiş sevgilisi arasında yarım milyonluq qalmaqal davam edir
Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Adəm Mirzəyevin əsas fiqurant olduğu 434 min manatlıq qalmaqal davam edir.
Qaynarinfo xəbər verir ki, bir müddət əvvəl Adəm Mirzəyevin şikayəti əsasında onun evinin yaxınlığında fəaliyyət göstərən gözəllik salonunda çalışan Sevinc Bədəlova saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevinc Bədəlova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarına əsasən Sevin Bədəlova Adəm Mirzəyevə Latviyanın paytaxtı Riqada yaşayan qardaşının vəfat etdiyini, ondan külli miqdarda əmlak qaldığını deyib. Sevinc Bədəlova ona əmlakları adına keçirərək biznes qurmağı təklif edib. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində Adəm Mirzəyevdən 434 min manat pul alıb.
Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi Sevinc Bədəlova haqqında bəraətverici əsaslarla hökm çıxarıb.
Əldə etdiyimiz məlumata görə, Adəm Mirzəyev Sevinc Bədəlovanı həbs etdirməkdə israrlıdır. Çünki o, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
İş hakim Tahir Kazımovun icraatındadır. Prosesin vaxtı hələ ki, bəlli deyil.
Qeyd edək ki, mediada dərc olunan məlumata görə, Sevinc Bədəlova Adəm Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1757 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr