Arda Güler üçün fürsət
"Real Madrid"ə transfer olunduğu gündən zədələrindən xilas ola bilməyən Arda Güler İspaniya nəhəngində ilk matçına çıxmaq üçün gün sayır.
Sonxeber.az xəbər verir ki, Kral Kuboku matçlarını Arda Güler üçün bir fürsət kimi görən İspaniya mətbuatı gənc istedadın ilk dəfə 4-cü Liqa komandasına qarşı "Real Madrid" formasını geyinə biləcəyini bildirib.
Yeni il tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Ardanın yanvarın 3-də La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı "tələsik qərar" kimi şərh olunur.
İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması türkiyəli ulduz üçün fürsət kimi qiymətləndirilir.
"Real Madrid" yanvarın 6-da kubokun son 32 turunda İspaniyanın 4-cü liqa komandası "Arandina"nı qəbul edəcək.
Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa bilməsi mümkün hesab edilir.
Qeyd olunur ki, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına məşqlərə davam edir.
Türkiyə millisinin üzvünü qayıdış tarixi hələ dəqiq olmasa da, onun yanvarın 10-da Səudiyyə Ərəbistanında "Atletiko Madrid"lə keçiriləcək İspaniya Super kuboku matçı üçün heyətdə ola biləcəyi bildirilir./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1002 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sevinən tərəf olmaq istəyirik"
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey
8 may"Ayaks" və Niderland millisinin sabiq üzvü "Qarabağ"da?
Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər. Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb. Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"da
5 mayFIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? (AÇIQLAMA)
FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə Qaynarinfo-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır v
7 mayPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq
4 mayMessi futbolda ilk dəfə varisini AÇIQLADI
Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb. 38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür. Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçus
10 mayBakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib
9 mayDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildi
Kyokushinkai Karate üzrə dünya çempionu Tunar Axundzadə növbəti uğura imza atıb. 2022 ci ildə dünya çempionatında 1-ci yerə layiq görülən idmançı bu dəfə hakimlik fəaliyyəti ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, beynəlxalq arenada göstərdiyi peşəkar hakimlik fəaliyyətinə görə "İlin hakimi"
2 mayDÇ-2026: Fasilədə Madonna, Şakira və BTS oxuyacaq
Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X" hesabında yayımlanıb. Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qloba
14 may