Rusiya sülhməramlıları vaxtından əvvəl regionu tərk edə bilər? - AÇIQLAMA

Rusiya sülhməramlıları vaxtından əvvəl regionu tərk edə bilər? - AÇIQLAMABu gün hər kəsi maraqlandıran suallardan biri də Rusiya sülhməramlılarının Qarabağı nə zaman tərk etməsidir. Rusiya tərəfinin verdiyi açıqlamalardan bəlli olur ki, regionda qalmaq istəyir. Rusiyanın sülhməramlıların fəaliyyətsizliyi Azərbaycanın Qarabağ bölgəsində bir neçə dəfə antirerror əməliyyatı keçirməyə məcbur etdi. Sonuncu 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan bütün ərazilərdə öz suverenliyini bərpa etmiş oldu. Bununla da, Rusiya sülhməramlılarının orada qalmasına ehtiyac yoxdur. Azərbaycan tərəfi vaxtından əvvəl Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı qərar verə bilərmi?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, Rusiya sülhməramlıların bölgəyə gəlişinin səbəbi 10 noyabr bəyanatı idi:

"2020-ci ilin 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına qədər regionda qalacaqlar. Rusiya tərəfinin verdiyi açıqlamalardan bəlli olur ki, onlar regionda qalmaq istəyir. Azərbaycan tərəfi 2025- ci ilin may ayında Qarabağda qalıb-qalmaması ilə bağlı qərar verəcək. Məsələ ondadır ki, Rusiya sülhməramlıların Qarabağda demək olar ki, heç bir fəaliyyəti yoxdur".

O, bildirib ki, bu gün Qarabağda Rusiya sülhməramlıların sayları həddindən artıq çox azdır və hazırda heç bir fəaliyyətləri yoxdur:

"Sadəcə Rusiyanın varlığı kimi qalıblar. Onlar bundan sonra çalışacaqlar ki, yenə də Rusiyanın varlığı kimi qalsınlar. Burada bir neçə başqa məsələlər var idi. Ermənistan tərəfi istəyirdi ki, əraziya Avropa İttifaqının yaxud Fransanın hər hansı missiya adı altında sülhməramlıları yaxud hərbçiləri daxil olsun. Buna təbii ki, nə Azərbaycan, nə də Rusiya razı idi. Azərbaycan bilir ki, əgər əraziyə Avropa İttifaqının yaxud Fransanın sülhməramlıları daxil olarsa, tələbləri və şərtləri durmadan artacaq".

Ekspertin sözlərinə görə, rus sülhməramlıların vaxtından əvvəl çıxması inandırıcı deyil:

"Rusiya regionda qalmaq istəyəcək. Hazırda qərb ölkələri region uğrunda həm kollektiv, həm də tək-tək mübarizə aparır. Bu baxımdan hesab edirəm ki, Rusiya ərazidən çıxmağa razı olmayacaq. Rəsmi Bakıda Rusiyanın bu istəyini anlayışla qarşılayacaq. Qarabağda Rusiya sülhməramlıları heç bir əngəl törətmir. Nəzərə almalıyıq ki, hazırda Qarabağda az da olsa ermənilər yaşayır. Biz bilmirik ki, bundan sonra kpçüb gedən ermənilər qayıdacaq yoxsa yox. Ortalıqda belə məsələlərdə var".

Səxavət Məmməd düşünür ki, Rusiya sülhməramlıların vaxtının uzadılması ehtimalı baş tutmayacaq:

" Bu gün Azərbaycan 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirir. Biz rəsmi olaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Ona görə də düşünürəm ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasının vaxtı uzadılmayacaq. Hesab edirəm ki, 2025-ci ilin noyabr ayına qədər Rusiya sülhməramlıları regionda qalacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1532   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr