Bakı metrosunun bütün stansiyalarında QR biletlə ödəniş mümkün olub
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb.
BAKU.WS-in "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb: "Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına "BakıKart" mobil tətbiqini yükləməklə istifadə edə bilərlər".
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Yeni ödəniş üsulunun üstünlükləri nədir?
• Kartsız olması – "BakıKart" plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir.
• Vaxta qənaət – artıq "BakıKart" plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabınınbalansını rahatlıqla "BakıKart" mobil tətbiqi üzərindən artıra və izləyə bilər.
• Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.
QR biletlə necə ödəniş etmək olar?
QR bileti "BakıKart" mobil tətbiqini "Google Play" və ya"App Store" platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman "pul kisəsi"ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.
QR bilet istifadəçiləri bunları bilməlidirlər:
• QR bilet yalnız bir gediş üçün etibarlıdır;
• QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
• QR bilet üçün "pul kisəsi"ndə 1 manat bloklanır;
• Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ "pul kisəsi"nə qaytarılır;
• QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində "pul kisəsi"nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün "BakıKart" mobil tətbiqi istifadəyə verilib.Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, "BakıKart" plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər.
Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR