Baş katib: "Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük" - MÜSAHİBƏ

Baş katib: "Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük" - MÜSAHİBƏAzərbaycan taekvondosu təqvim ilinə dekabrın 28-də başa çatan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ölkə çempionatı ilə yekun vurub.

2023-cü il bu idman növü üçün dünya çempionatının Bakıda təşkil olunması və Qaşım Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə əlamətdar olub.

Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı "Report"a müsahibəsində həm geridə qalmaqda olan ili dəyərləndirib, həm də olimpiada ilə bağlı hədəflərdən söz açıb.

- Taekvondo üzrə Azərbaycan çempionatının səviyyəsi ürəyinizcə oldu?

- Çempionat çox yüksək səviyyədə keçdi. Bütün etik normalar həm tamaşaçılar, həm də iştirakçılar tərəfindən qorundu. Dinamik yarış alındı. Kifayət qədər tamaşaçı kütləsi var idi. Beynəlxalq qaydalarda da yeniliklər edilmişdi. Eyni zamanda, Azərbaycan taekvondosunda ilk dəfə yeni sistem tətbiq olundu, rəqəmsal sistemə keçdik.

- Bu çempionatda iştirak edən gənclər Azərbaycan millisinə gələcəkdə potensial namizədlər sayılırlar. Onların performansına əsasən, taekvondomuzun gələcəyini necə görürsünüz?

- Çempionatda iştirak edən gənclər diqqətdə saxlanılırlar. Davamlılıq və taktiki baxımdan yüksək performans göstərənləri məşqçilərimiz qeydiyyata alırlar. Onlar avtomatik bizim maraq dairəmizdə olurlar. Həmin gəncləri növbəti mərhələlərdə milliyə, ölkə daxilində və xaricində baş tutacaq təlim-məşq toplanışlarına cəlb etməyə çalışacağıq. Çünki idmançı üçün bir yerdə vuruşmaqdan çox psixoloji cəhətdən inkişaf etmək də çox vacibdir. Fərqli yerlərdə yarışmalı, fərqli millətin nümayəndələri ilə birgə təlim-məşq toplanışlarında iştirak etməlidir. Belə olanda sabah beynəlxalq turnirlərdə iştirak edəndə heç bir qorxu olmayacaq. Məqsəd potensiallı idmançıları milliyə cəlb etmək və yetişdirməkdir. Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük. Çünki qısa müddətdə innovativ dəyişikliklər baş verib. Növbəti illərdə də yeniliklər tətbiq olunacaq.
- 2023-cü ili Azərbaycan taekvondosu üçün necə qiymətləndirmək olar?

- 2023-cü ili Azərbaycan taekvondosu üçün tramplin kimi qiymətləndirmək olar. İdmançılarımız xeyli sayda yerli və beynəlxalq yarışlara, təlim-məşqlərə cəlb olunublar. Hətta ölkə xaricindəki hazırlıqlar həftələrlə davam edib. Bir şəhərdə yox, bir neçə regionda olublar. Hətta müxtəlif universitetlərin idman klublarında da məşq keçiblər. Texnoloji baxımdan da yeniliklər oldu. Başqa yeniliklər olduqca yenə tətbiq edəcəyik. Bu il Koreya səfiri Kuboku yüksək səviyyədə təşkil olundu. Son yarışımız isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan birincilikləri və çempionatı oldu. Yarışın açılış mərasimi çox yaxşı təşkil edilmişdi. Taekvondoya maraq ildən-ilə artır. Bu il bunu fərqli formada gördük. Zaldakı insanların, idmana maraq göstərənlərin sayından, dinamikadan bunlar bəlli olur. Növbəti illərdə də artan qrafiklə gedəcək.

- Bu il Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Ondan olimpiadada nə gözləyirsiniz?

- Taktiki və fiziki baxımdan çox yaxşı hazırlanmış idmançıdır. Qaşım federasiyanın, məşqçilərin ümidlərini tam doğrultdu. Biz ondan olimpiadada da yüksək nəticə gözləyirik. Buna şübhəmiz də yoxdur. Lisenziya qazanana qədər çox güclü idmançılarla qarşılaşıb. Qaşım İrandan, Çindən, Koreyadan olan güclü, tanınmış taekvondoçuları məğlub edib. Çinli idmançı Azərbaycanda Qaşıma qalib gəlmişdi. Təmsilçimiz də onu Çində məğlub etdi. Koreyalı və iranlı taekvondoçular isə dünya çempionlarıdır. Bu cür rəqibləri üstələmək üçün fiziki və taktiki cəhətdən yüksək dərəcədə hazırlıqlı olmalısan.

- Parisə 4 taekvondoçu ilə yollanmaq perspektivini necə görürsünüz?

- 2024-cü ildə daha 3 taekvondoçumuzun olimpiadaya lisenziya qazanmağı hədəflənir. Onlar lisenziya qazanana qədər yerli turnirə və beynəlxalq təlim-məşq toplanışına cəlb ediləcəklər. İnanırıq ki, lisenziya qazana biləcəklər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 785   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr