Vergi güzəştlərindən sonra tibbi xidmətlərin qiymətində azalma olacaq? - AÇIQLAMA

Vergi güzəştlərindən sonra tibbi xidmətlərin qiymətində azalma olacaq? - AÇIQLAMASəhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Bu, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri olub, tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır.

Səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur.

Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub. Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.

Bəs bu dəyişiklik vətəndaşlara nə verəcək? Tibb müəssisələrində qiymətlərə nə kimi təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, bu, yerində atılan addımdır:

"Söhbət tibb müəssisələrinin sahiblərinin, sahibkarların gəlirinin artırılmasından getmir. Bu əksinə vətəndaşların daha güzəştli tibbi xidmətlər, tibbi müayinələrdən yararlanmasından gedir. Hesab edirəm ki, bu sahədə qiymətlər yetərincə ucuzlaşdırılacaq. Çünki əgər vergidən deyilən güzəştləri nəzərə alınarsa, təqribən mövcud qiymətlərin 15-20 faiz arasında aşağı düşməsi gözlənilir. Buna təbii ki nəzarəti də təmin etmək lazımdır. Nəzarət olduqca vacibdir ona görə ki, bu sahədə çalışan sahibkarlar məhz dövlətin güzəştlərinin vətəndaşlara yönəlməsinə deyil, öz şəxsi mənfəətlərinin daha da artırılmasına hesablanmış addım kimi qiymətləndirə bilərlər. Son nəticədə aparılan vergi islahatlarının müsbət təsirini əhali deyil, sahibkarlar öz büdcəsində hiss etmiş olar.
Mövcud vergi güzəştləri təbii ki, tibb müəssisələrinin xərclərini, vergi öhdəliklərini azaltmış olacaq. Bununla da tibb müəssisələri bu günə qədər müxtəlif ödəmələrdə əlavə dəyər vergisinin (ƏDV), eləcə də digər vergilərin vətəndaşlardan alınmasını nəzərə almayacaq. Tibbi islahatların aparılması, tibbi xidmətlərin bütün ölkə əhalisi üçün əlçatanlığının təmin olunması üçün atılan önəmli addımlardan biridir. Bu addım ölkəmizin, hökumətimizin sosial xarakterli olduğunun göstəricisidir. Çünki bu sistem bir daha mövcud güzəştlərin vətəndaşları nəzərə alaraq atıldığını göstərir".

V.Oruc onu da əlavə edib ki, bu, həm də vətəndaşların daha çox xarici ölkələrdə deyil, ölkədaxilində fəaliyyət göstərən tibb müəssisələrinə üz tutmasına təkan verəcək:

"Tibb müəssisələrində qiymətlərin aşağı düşməsi vətəndaşların rifahının yaxşılaşmasına da xidmət edəcək. Eləcə də bu, tibb sahəsində fəaliyyət göstərən biznes adamlarının da fəaliyyətini genişləndirilməsinə də ciddi şərait yarada bilər. Əlbəttə ki xərclər azaldıqca biznes sektorunda da şaxələnmələr müşahidə ediləcək. Hesab edirəm ki, vətəndaşlarla yanaşı sahibkarların da fəaliyyətinə müsbət təsiri olacaq. Bu addımı ümumilikdə təqdirəlayiq hesab edirəm. Eləcə də düşünürəm ki, gələcəkdə vergi islahatları xidmət sahələrini də əhatə edər.

Çünki müxtəlif xidmət sahələri var və onlar da bu tip fərqli güzəştlərdən yararlana biləcək. Xidmət sektorunda kiçik və orta sahibkarlıq ciddi dövlət dəstəyinə möhtacdır. Bu baxımdan hesab edirəm ki, bu tip addımların atılması son nəticədə kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Bu da ölkə başçısı İlham Əliyevin apardığı yerində və düzgün sosial-siyasi qərarlarının müsbət nəticəsidir. Biz gələcəkdə də bu qərarların müsbət həllərini görməyə davam edəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 665   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr