Bu əməlinə görə qalan ömrünü həbsdə keçirəcək...

Bu əməlinə görə qalan ömrünü həbsdə keçirəcək...Daşkəsəndə köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı qəsdən öldürməkdə ittiham olunan 40 yaşlı Şahin Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılıb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 86 yaşlı Məhərrəm Məmmədov və onun arvadı 77 yaşlı Pəri Məmmədovanın övladlarının olmadığı üçün tənha yaşadıqlarını bilib, evdə pul olacağını düşünərək onları quldurluq niyyəti ilə öldürmək qərarına gəlib.

Müttəhim cinayət törətmək məqsədilə evə girərkən ilk olaraq P.Məmmədova ilə qarılaşıb. O, əlində olan taxta parçası ilə yaşlı qadının başına ardıcıl zərbə vuraraq ölümünə səbəb olub. Təqsirləndirilən şəxs arvadının qışqırıq səsinə çıxan əri M.Məmmədovu da eyni qaydada öldürüb. O, hadisədən sonra bir müddət sahibindən icazəsiz kənd sakinlərdən birinin evində gizlənib.

Ş.Ələsgərov məhkəmədə özünü təqsirli bilib, törətdiyi cinayət əməlinə görə peşman olduğunu deyib.

Məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib.

Hökmə əsasən, Şahin Ələsgərov köməksiz vəziyyətdə olan iki nəfəri öldürməkdə, oğurluqda, quldurluqda, mənzil toxunulmazlığını pozmaqda və əmlakı məhv etməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. O, qalan ömrünü həbsxanada keçirəcək.

Sail Ağasəlim


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1235   Tarix: 01 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

18 yaşlı qızı bıçaqlayıb telefonunu oğurlayan şəxs məhkəmə qərarı ilə azadlığa buraxılıb - VİDEO

Türkiyənin İzmir vilayətinin Kemalpaşa rayonunda 18 yaşlı qonşusunu təqib edərək bıçaqlamaq və mobil telefonunu qəsb etməkdə təqsirləndirilən şəxs barədə verilmiş həbs hökmü apellyasiya instansiyasında ləğv edilib. Yenidən baxılan iş üzrə yerli məhkəmə onun ölkədən çıxışına qadağa qoyulması və məhkəm

10 iyul
.

Sürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video

Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc

7 iyul
.

Kuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO

Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs

8 iyul
.

Zərdabda su arxında meyit tapılıb

Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm

5 iyul
.

İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO

Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta

4 iyul
.

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)

İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin

6 iyul
.

Azərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə

5 iyul
.

Dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb

Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar

9 iyul
.

Daha bir yeniyetmə dənizdə batdı

Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

7 iyul