Taksi xidmətində dəyişiklik: Bundan sonra yalnız imkanlı şəxslər ondan istifadə edəcək?
"Sərnişin və yükdaşıma qaydalarının pozulmasına görə yeni cərimələrin tətbiqi taksi şirkətlərində qiymət artımlarına səbəb olacaq. Çünki cəmiyyətimizdə istənilən sahədə qiymət artımına meyllilik mövcuddur və qalxan qiymətin enməsinə ölkəmizdə çox az təsadüf edilib".
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O, yanvarın 1-dən tətbiq olunan qanundan sonra taksi şirkətlərində qiymətlərin artırılacağı ilə bağlı yayılan iddialara toxunub.
Xatırladaq ki, dəyişikliyə əsasən, buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla, taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə ediləcəklər.
A. Əsədovun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AYNA vasitəsilə müəyyən prosedur qaydalarının həyata keçirilməsi üçün texniki təminatı işə salmalıdır:
"Bu təminat isə yoxdur. Bu, olmadığı üçün qiymət artımından danışmaq düzgün deyil. Əgər hər hansı bir qiymət artımı varsa, bu, artıq sui-istifadə hallarıdır, yəni bağışlanmayan bir məsələdir. Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə cərimələr formal şəkildə hesablansa da, AYNA bu sistemi tam işə salıb sürücülərə buraxılış kartları verməyib. Ona görə də bu kartlar verilmədən kiməsə cərimə yazmaq və bu qanunu tətbiq etmək doğru deyil və qanunsuz sayılır".
"Fikrimcə, bir çox özəl taksi şirkətləri də qiymətləri qaldıracaq. Çünki müəyyən baza prinsipləri və qiymətlərini eşidən istənilən şirkət qiymət artımına gedəcək. Bu fəaliyyət isə özündə ənənəvi taksi sistemini ehtiva edəcək. Yəni bunu keçmişə qayıdış kimi qiymətləndirmək olar.
Hər bir məsələdə insan amili, proses və iş varsa, narazılıq daim olacaq. İş və insan amili olan yerdə taksi və müştərilər arasında mübahisələr olacaq. Bundan sonra yalnız imkanlı şəxslərin taksilərədn istifadə edəcəyi ilə bağlı fikirlər tamamilə yanlışdır. Çünki müştərilər arasında seçimin aparılması məhz bir sıra problemlərə gətirib çıxara bilər ki, mənə görə, bu, düzgün yanaşma deyil", – deyə mütəxəssis fikirlərini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1434 Tarix: 02 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021