Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMA

Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMABakıda 2024-cü il başlayandan günəşli keçən günləri yanvarın 6-da soyuq, sərt küləkli hava şəraiti əvəzləyib. Belə temperatur amplitudu qonşu ölkələrdə də müşahidə olunur: proqnoza görə, Türkiyə və Gürcüstanda hava şəraiti qarşıdakı günlərdə kəskin dəyişəcək, dolu, qar və intensiv yağış yağacaq.

Bunun təsirini ölkəmizdə də hiss edəcəyikmi? Azərbaycan üçün ən soyuq qış hansı ilə təsadüf edib?

Sonxeber.az xəbər verir ki, oxu.az-ın bu və digər suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov cavablandırıb.

Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMAOnun sözlərinə görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir:

"Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu.

Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20 m/s olacaq, gecə və səhər saatlarında arabir 27-32 m/s-yə çatacaq. Günün ikinci yarısından zəifləyəcək.

Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddi günlük dövrü əhatə edir".

Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə, N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək:

"Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin 15-20 m/s, 6-sı səhər arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.

Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb".

Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub:

"Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1906   Tarix: 06 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr