Dövlət Xidmətindən saxta "WhatsApp" tətbiqləri ilə bağlı növbəti XƏBƏRDARLIQ
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta "Whatsapp" tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.
Bu barədə qurumdan bildirilib.
"Belə ki, saxta "Pink "WhatsApp", "WhatsApp+" kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur.
Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə "mining" və ya "proxy" kimi istifadə edilmək məqsədi ilə yaradılır.
Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq saxta "Whatsapp" tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu "Kaspersky Laboratoriya"sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta "WhatsApp" tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir", - deyə açıqlamada qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 757 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabr