Perinatal Mərkəzinin rəhbərliyini 7 ilə qədər HƏBS GÖZLƏYİR- AÇIQLAMA
Xəbər verdiyimiz kimi, səhər radələrində Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayətişi başlanıb. Yanğınla bağlı məsuliyyət daşıyan şəxsləri hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib.
Hüquqşünas maddələrə aydınlıq gətirib:
"Baş verən yanğın hadisəsi çox üzücüdür. Çox təəssüf ki, Respublika Perinatal Mərkəzində baş verən yanğın 4 uşağın ölümü və 3 nəfərin zəhərlənməsi ilə nəticələnib. Bu böyük faciədir. Dövlətin əmanət etdiyi müəssisədə belə bir hadisənin baş verməsi bundan sonra atılacaq addımların önəmini gündəmə gətirir.
Baş Prokurorluğun yaydığı məlumata görə hadisə ilə bağlı iki maddə- Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi açılıb.
225.3 maddəyə əsasən, 5 ildən - 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Bu həbs qətimkan tədbiri yanğın təhlükəsizliyi qorunması qaydasına riayət edilməsi vəzifəsi qoyulan şəxslərə aiddir.
314.3-cü - Səhlənkarlıq maddəsinə əsasən, vəzifəli şəxsin işə vicdansız, laqeyd münasibəti və öz xidməti vəzifəsini yerinə yetirməməsi üçün 3 ildən - 7 ilə qədər azadlıqdan məhrum etmə vəzası nəzərdə tutulub. İstintaq bu məsələ ilə bağlı ciddi araşdırma edəcək. Yanğının səbəbi və məsuliyyətdə olan şəxslərin fəaliyyətini araşdıracaq".
Ələsgər Məmmədli hadisənin bir neçə nəfərin üzərinə atmasının düzgün olmadığını bildirib
"Bu tip müəssisələrdə ilkin müdaxilə imkanları olmalıdır. Siqnalizasıya sistemləri, eyni zamanda baş verən yanğında infrastruktur nə qədər effektiv təşkil olunub, bu hallar araşdırılmalıdır. 60 şəxsdən artıq , doğum gözləyən və doğuşdan sonra müalicə alan pasiyentlərin olduğu tibb müəssisədə bu şəkildə məsuliyyətsiz yanaşma çox ciddi problemdir. Bu eyni zamanda xəstəxanının rəhbərliyinin, müəsisənin yağından təhlükəsizlik xidmətinin və FHN və bu bölgədə nəzarət işləri aparan qurumlarının məsuliyyətindədir. Bu məsələni bir neçə nəfərin üzərinə atmaq düzgün deyil. Bu işdə məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar