Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası danışdı
"Yanğından təxminən yarım saat əvvəl üçəm övladlarım dünyaya gəlmişdi. 15 il idi ki, övlad həsrəti çəkirdik. Ona görə də üçəmlərin dünyaya gəlməsi bizi çox sevindirmişdi. Amma sevincimiz çox çəkmədi. Dərman alıb, geri qayıdanda anidən mərkəzin 4-cü mərtəbəsində dəhşətli yanğın baş verdiyini gördük".
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Perinatal Mərkəzdə baş verən yanğının şahidi Zeynalov Rahid deyib.
O, hadisənin təfərrüatlarını bu cür açıqlayıb: "Dərhal köməkləşib, üçəmləri, xanımımı və digər yeni ana olan qadınları mərkəzdən çölə çıxartdıq. Tüstünün təsirindən onların vəziyyəti yaxşı deyildi. Yeni ana olan həyat yoldaşım üçün əməliyyatdan sonra dərhal hərəkət etmək, çölə çıxmaq çox çətin idi və onun sağlamlığına çox pis təsir etdi. Ana və uşaqları dərhal yaxınlıqdakı poliklinikaya yerləşdirdilər. Çox şükür ki, həm ana, həm də uşaqların vəziyyəti hazırda stabildir. Yanğının hansı səbəbdən baş verməsi haqda isə məlumatsızıq. Bəziləri deyir ki, yanğın hansısa elektrik naqilində baş verib".
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2994 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr