Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Şuşaya köçürülə bilər? - AÇIQLAMA
Universitetlərin köçürülməsi ilə bağlı məsələ illərdir müzakirə olunur. Eyni zamanda erməni işğalından azad edilmiş rayonların iqtisadi potensialı, abadlaşdırma və quruculuq işləri istiqaməti üzrə regionda yüksək ixtisaslı kadrlar hazırlayan ali təhsil müəssisələrinin təşkilinə zərurət yaradıb. Qarabağ iqtisadi rayonunda dövlət universitetinin, təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. Tez-tez təklif olunan məsələlərdən biri də Şuşada universitetin yaradılması yaxud filiallarının açılmasıdır. Bəs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Şuşaya köçürülə bilər?
"İşğaldan azad olunmuş ərazilərin bərpası və təhsilin infrastrukturunun yaradılması cənab prezidentin təsdiq etdiyi böyük qayıdış proqramına uyğun olaraq həyata keçirilir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bir neçə universitetlərin yaradılması və filiallarının qurulması nəzərdə tutulur. Mədəniyyət və İncəsənət Universitetinin Şuşa şəhərinə köçürülməsi əlbəttə ki, mövzu ola bilər. Təbii ki, bizim buna münasibətimiz həm də arzu olaraq ifadə oluna bilər. Bu məsələ ilə bağlı qərar verən ölkənin rəhbəridir. Cənab prezidentin və xanımının Şuşaya, digər işğaldan azad olunmuş ərazilərə diqqət və qayğısı var. Şuşa şəhəri Azərbaycan müsiqisinin və mədəniyyətinin beşiyi olub. Bu baxımdan tək Mədəniyyət və İncəsənət Universiteti deyil, orada filialı da açıla bilər. Əgər ölkə rəhbərliyi tərəfindən belə bir qərar olacaqsa, hesab edirəm ki, bütövlükdə Şuşa şəhərinin ümümi, intellektual və mədəni baxımdan inkişafına əlavə bir töhfə ola bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 944 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr