Qəfil soyuyan havalar orqanizmimizə necə təsir edir? - Bu şəxslər üçün CİDDİ RİSK VAR

Qəfil soyuyan havalar orqanizmimizə necə təsir edir? - Bu şəxslər üçün CİDDİ RİSK VARHavanın temperaturunun qəfil enməsi, insan orqanizminə bir çox fəsadlar yaradır.

Xüsusilə qocaları və müəyyən sağlamlıq problemləri olan insanları təhlükə altına qoyan bu vəziyyət özü ilə ölüm kimi ağır nəticələr də gətirir. Üstəlik, bu vəziyyət təkcə bizim ölkə üçün deyil, ümumilikdə Avropa üçün də keçərlidir. Bu səbəbdən bir çox ölkədə qəfil gələn soyuq hava dalğası ilə bağlı həyəcan verilib.

Bəs ani soyuyan hava hansı orqanlar üçün daha təhlükəlidir? Risklər nələrdir?

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, İngiltərənin Portsmut Universitetinin müəllimi, həkim Kler Eqlin bu suallara cavab verib.

Mütəxəssis bildirib ki, havaların soyuması problem deyil, əsas problem insanların belə havalara yaxşı hazırlaşmamasıdır:

İlin əhəmiyyətli hissəsini mənfi dərəcələrdə keçirən İsveç və Finlandiya kimi ölkələrdə insanlar çölə çıxarkən necə geyinməli və evlərini necə isti tutacaqlarını bildiyi üçün heç bir problem yaşanmır. Lakin mülayim iqlimin hökm sürdüyü ölkələrdə qəfil soyuq dalğalar hətta insan tələfatına da səbəb ola bilir. Məsələn, İngiltərədə Milli Statistika İdarəsinin məlumatlarına görə, qış aylarında ölənlərin sayı orta hesabla 20-30 min nəfəri ötür. Soyuqların təsirindən həyatını itirənlərin əksəriyyəti 75 yaşdan yuxarı insanlardır.

Bəs soyuq insan orqanizminə necə təsir edir?

Çox soyuq bir mühitə girdiyimiz zaman bədənimiz istilik itkisinin qarşısını almaq üçün hərəkətə keçər. Dəriyə yaxın olan qan damarları daralır. Buna tibbdə vazokonstriksiya deyilir.

Vazokonstriksiya bədənimizin itirdiyi istiliyi azaldır. Bu yaxşı bir şeydir, çünki o, əsas temperaturumuzu saxlamağa kömək edir. Çox soyuq olmayan havalarda bu kifayətdir.

Əsas temperatur aşağı düşdükdə, bədən titrəmə mexanizmini işə salaraq istilik istehsalını artırmağa çalışır.

Lakin yaşlı insanların orqanizmində bu mexanizmlər lazım olduğu kimi işləmədiyi üçün soyuqla qarşılaşdıqda risk artır.

Yaşlıların qan damarları lazım olduğu kimi daralmır. Və əzələ kütləsi azaldığından onlar titrəyərkən o qədər istilik hasil edə bilmirlər".

Bundan başqa, bədənin özünü qızdırması prosesləri müxtəlif orqanlar üçün bəzi nəticələrə səbəb olur.

Soyuqdəymə nəticəsində ortaya çıxan ən əhəmiyyətli sağlamlıq riski, koronar damarların daralması nəticəsində infarkt riskinin artmasıdır.

Mançester Universitetinin Tibb fakültəsinin dekanı Professor-doktor Anthony Heagerty deyir ki, məhz buna görə bir çox insan qar qazıyarkən ölür:

"Qar qazımaq kimi fiziki fəaliyyətlər ürəyin oksigen tələbatını artırır. Tac damarlarının kalsifikasiyası, yəni aterosklerozu olan insanlarda soyuqdan səbəb olan daralma baş vermir ki, bu da bədxassəli ürək ritmlərinin yaranmasına səbəb olur".

Ani gələn soyuq dalğalar soyuqdan qaynaqlanan astmaya səbəb ola bilər.

Tənəffüs problemi olanlar mövsümi xəstəliklərə daha çox məruz qalırlar, çünki onların immunitetləri aşağıdır.

Soyuq hava boğazı qurudur. Bu, selik, xırıltı və öskürək miqdarını artıra bilər və tənəffüs problemi olan insanların tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər.

Əlləriniz soyuq olanda iş görməyin nə qədər çətin olduğunu bilirsiniz. Bunun səbəbi üşüyən insanların əzələlərinin də soyuması və funksiyasını itirməsidir.

Gücdə azalma görürük, amma əslində diqqəti çəkən çevikliyin azalmasıdır. Bunun səbəbi oynaqlardakı mayenin axıcılığını itirməsi və nəticədə hərəkət etməsinin çətinləşməsidir. Eyni zamanda, sinirlərin ötürülmə sürətində azalma var. Bu sizin reaksiya vaxtınızı azaldır.

İmmunitet

Soyuğa məruz qalmağın verdiyi stress immunitet sisteminin səmərəliliyini artırdığını göstərən bəzi araşdırmalar var. Lakin bu mürəkkəb sahədə qəti bir şey söyləməyə imkan verəcək tədqiqatlar hələ tamamlanmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 698   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr