"Ölkə başçısının yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi növbəti zəfərlərə olan inamımızı daha da artırdı" - DEPUTAT

"Ölkə başçısının yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi növbəti zəfərlərə olan inamımızı daha da artırdı" - DEPUTAT"Cənab Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi növbəti zəfərlərin anonsu kimi yaddaşlarda həkk olundu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev dəqiq və səlis nitqi ilə jurnalistlərin ona verdiyi sualları cavablandırdı:

"Ölkə başçısı müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkilər, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasətinə və digər vacib məsələlərlə bağlı suallarını cavablandırı. İlk olaraq cənab prezident İlham Əliyev bu il fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillər barədə danışıb. Daha sonra ölkə başçısı ötən dövr ərzində ölkəmizin əldə etdiyi uğurlar və zəfərlərdən danışıb. Müsahibəsi zamanı 2023-cü ilin antiterror tədbirlərinə toxunan cənab prezident İlham Əliyev bu əməliyyatın uğurla və yüksək peşəkarlıqla keçirildiyini vurğuladı. Bəli, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri dövlətimizin qüdrətini, hərbçilərimizin isə gücünü bütün dünyaya göstərdi. 2023-cü ilin antiterror tədbirlərindən sonra Ermənistan və onun havadarları bir daha anladı ki, Azərbaycan bir qarış torpağını kimsəyə güzəştə getməyəcək".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev müsahibəsi zamanı azad edilən torparlarda aparılan quruculuq işlərinə də geniş yer verib:

"Ölkə başçısı Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəldiyini və bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılmasının davam ediləcəyini vurğulayıb. Cənab prezident İlham Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində 2024-cü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş xalq kimi başlayırıq. Bu gün Azərbaycan dünya miqyasında güclü dövlətlər sırasındadır. Bir sözlə ölkə başçısının yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi hər birimizi qürurlandırdı və növbəti zəfərlərə olan inamımızı daha da artırdı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1059   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr