Beş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTO

Beş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBakı sakini Ülviyyə İlyasova beş yaşlı qızının sağalmasına köməklik olunması xahişi ilə Media.Az-ın redaksiyasına müraciət edib. Yaşının belə gənc olmasına baxmayaraq, Əminənin anadangəlmə onurğa sütunu, ayaqları, sidik-cinsiyyət sistemi və böyrəklərlə bağlı bir sıra ciddi xəstəlikləri var. Körpə artıq üç əməliyyat keçirib...

Hazırda ən vacibi uşağın yeganə sağlam böyrəyini xilas etməkdir. İranda müayinə və müalicə üçün ən azı 3000 manat lazımdır. Daha sonra Türkiyədə əməliyyat planlaşdırılır. Qızın valideynlərinin buna maddi imkanı çatmır.

Uşağın anası deyib ki, qızı dünyaya gəldikdən dərhal sonra ona "spina bifida" diaqnozu qoyulub. Bu, onurğa beyni və onurğanın inkişafında, dayaq-hərəkət və sinir-əzələ sistemlərinə təsir edən anadangəlmə qüsurdur. Normalda onurğa beyni onurğa kanalı tərəfindən zədələnmədən tamamilə qorunur. Belə olan halda onun bir və ya bir neçə hissəsinin açıq qalması və fəqərələrin də tam formalaşmamasıdır. Belə hallarda, onurğa beyni balaca Əminənin vəziyyətində olduğu kimi, yırtığa çıxa bilər.

Anasını əməliyyatdan sonra qızın dolğun həyat yaşaya biləcəyinə əmin ediblər. Ancaq məlum olub ki, bu onun əzablarının yalnız başlanğıcı imiş.

"Əminə altı aylıq olanda əməliyyat olundu. Qızım əməliyyatdan sonrakı ağırlaşmalara görə 48 gün xəstəxanada həyat mübarizəsi apardı. Lakin evə buraxıldıqdan sonra da vəziyyət yaxşılaşmadı. Əminənin qızdırması yüksək idi və sidik ifrazında problemlər yaranmağa başladı. Analizlər böyrəklərdə fəsadlar yaradan infeksiyanın olduğunu göstərdi.

Uzun sürən müalicəyə baxmayaraq, Əminənin vəziyyəti getdikcə pisləşir. Hazırda qızımın sidik kisəsi işləmir, nəcisini saxlaya bilmir. Hər iki saatdan bir dəyişdirdiyimiz bez və kateterlərdən istifadə etməyə məcbur oluruq. Kateterin dəyişdirilməsi proseduru çox ağrılıdır və Əminə ağrıya dözə bilmir.

Bundan əlavə, qızımın ayaqlarında problem var, normal yeriyə bilmir. Əminə bir ildən artıqdır ki, fizioterapiya olunur, həm də xəstəlikdən əyilən pəncələrini bərpa etmək üçün əməliyyat olunub. Amma bu da istənilən nəticəni vermədi. Əminə xüsusi şinlər taxır - ayaqların arxasına qoyulan qısqaclar ayaqların əyriliyini düzəldir və onların düzgün vəziyyətdə olmasına kömək edir. Onları altı aydan bir dəyişmək lazımdır, amma pulumuz olmadığı üçün vaxtında yenisini ala bilmirik. Ona görə də, qızım onlardan uzun müddət istifadə etmək məcburiyyətində qalır", - deyə Ülviyyə xanım deyib.

Lakin onun sözlərinə görə, hazırda ən vacib olan qızının sağlam qalan böyrəyini xilas etməkdir.

"Analizlər göstərdi ki, sol böyrəyin fəaliyyəti həqiqətən dayanıb. Müalicə başlamazsa, eyni aqibət sağ böyrəyini də gözləyir. Bir il əvvəl Əminə artıq sidik-cinsiyyət sistemini bərpa etmək üçün əməliyyat olunub, bundan sonra iki aydan bir dəyəri 700 manat olan müalicələr alır. Lakin qızın səhhəti yaxşılaşmayıb. Bizim onu xaricdə həkimlərə göstərməkdən başqa çarəmiz yoxdur. İrana səfər üçün ilkin olaraq 3000 manat toplamaq lazımdır. Ümid edirəm ki, ambulator müalicə kömək edəcək və bu, başqa əməliyyata gətirib çıxarmayacaq", - deyə qadın bildirib.

Ülviyyə xanım qeyd edib ki, onun daha iki övladı var. Onun əri fəhlə işləyir, ailə hazırda Bakıda kirayədə qalır. Qazanılan pul gündəlik ehtiyaclara güclə çatır.

"Mən çox istəyirəm ki, qızım həmyaşıdları ilə birlikdə məktəbə getsin, dolğun həyat yaşasın... Nə yaxşı ki, həkimlər bizə bu ümidi verirlər. İndi hər şey pula bağlıdır. Əminənin xəstə olduğu illərdə biz olanımızı xərclədik, üstümüzə çoxlu borc və kredit yığdıq. Biz yalnız sizin köməyinizə ümid edə bilərik. Xahiş edirəm diqqətdən kənar qoymayın", - deyə qadın köməyə çağırıb.

Redaksiya heyəti olaraq hər kəsi Əminənin probleminə anlayışla yanaşmağa və bacardığınız qədər köməklik göstərməyə çağırırıq.

Ülviyyə xanımla (051) 956-25-69 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Beş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTOBeş yaşlı qızın sağlam böyrəyinin xilas olunmasına kömək edin - Yardım ÇAĞIRIŞI + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr