"Tanışım nazirlikdə işləyir" deyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Ağdaş Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Famil Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2000 manat miqdarında cərimə təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
İttihama görə, Famil Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törədib.
Belə ki, o, zərərçəkmiş Habil Salahova (şərti) tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini deyib, həmin tanışının vasitəsilə əlilliyə görə təqaüd düzəltdirəcəyini yalandan vəd edib. Bu yolla Famil zərərçəkmişdən ümumilikdə 1800 manat məbləğində pul alıb.
Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Xəyyam Əsədovun (şərti) qardaşı arvadının komissiya sədri işləyən tanışının vasitəsilə əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib. Bu yolla Famil zərərçəkmişdən ümumilikdə 3030 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Famil Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 488 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu
12 aprelNərimanovda restoranın qarşısında kütləvi dava - Video
Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb. -a istinadən xəbər verir ki, hadisə "Tempo Baku" restoranının qarşısında baş verib. Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlə
13 aprel6 ildir axtarılırdı - Qalıqları tapıldı
Gəncədə 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb. "Qafqazinfo" xəbər verir ki, meyiti tapılan 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub. Hazırda Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır
13 aprelToyuq ətində gizli TƏHLÜKƏ - Bu hissələri qətiyyən YEMƏYİN
Toyuq əti ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib. -ın məlumatına görə, toyuğun bəzi hissələrində kiçik, bərk törəmələrə rast gəlinir. Müşahidələr göstərir ki, bu törəmələr papilomaya bənzər quruluşa malik olur və asanlıqla qopmur. Eyni zamanda, toyuğun bud hissəsində yerləşən vəzlərin bəzi hallard
13 aprelMehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ
12 aprel42 yaşlı polkovnik-leytenant vəfat etdi - Foto
Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 42 yaşlı hərbçi uzunsürən xəstəlikdən həyatını itirib. Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzu
13 aprelİş günü QISALDILACAQ - TARİX
Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qey
12 aprelXəzər dənizində 3.2 maqnitudalı zəlzələ oldu
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub
13 aprel