İş adamını sifarişlə öldürən şəxslər Ali Məhkəməyə müraciət etdilər

İş adamını sifarişlə öldürən şəxslər Ali Məhkəməyə müraciət etdilər2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barələrindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ağdaşda "Taxta-şalban Məhəmməd" kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalanını göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O, bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.
Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu bu görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoların həm Ağdaşda, həm də Rusiyada yayılacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.

R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıblar. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında hərəkət edərək Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və 3 dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 577   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr