Yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin yola dağıldı - Foto
Samuxda yanacaqdaşıyan avtomobil aşıb, tonlarla benzin yola dağılıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı ağırtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.
Hadisədən sonra Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb edilib, sürücülər alternativ yollarla hərəkət etməyə yönləndirilib. Daha sonra DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1034 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulAğır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat
6 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyul13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub
10 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyul