Hava kəskin dəyişir - Çovğun olacaq - XƏBƏRDARLIQ
Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq
Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir: "Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək".
Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir: "Yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq".
G.Məmmədova əlavə edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur: "Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1427 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabr