"Heç kimdən küsmürəm və peşman deyiləm" - Əməkdar artist

"Heç kimdən küsmürəm və peşman deyiləm" - Əməkdar artistBu gün Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarovanın 65 yaşı tamam olur.

Ömrünü teatra həsr eləmiş aktrisa yubiley yaşını səssiz-sədasız qeyd edir. Bəs görəsən buna görə, işlədiyi teatrdan, Mədəniyyət Nazirliyində incikliyi var?

Lent.az-a açıqlama verən aktrisa bildirib ki, heç kimdən gözləntisi və bir incikliyi yoxdur.

"İncik olmaq yada düşmədiyini etiraf etmək deməkdir. Niyə inciyim? Bu sadəcə ad günüdür. Yenə işlərimə davam edəcəm. Özümə can sağlığı arzu edirəm",- o qeyd edib.

"Yaşadığınız nələr üçünsə peşmansınız və ya nəyisə etmədiyiniz üçün "kaş ki..." deyirsiniz?" sualına cavabı belə oldu:

"Kaş ki, deməklə nəsə düzəlməyəcək. Ona görə, peşmanlıqlarla yaşamaq istəmirəm. Səhvlərim də olub, doğrularım da. O səhvləri edə-edə, çətinliklərdən keçə-keçə mən olmuşam. Bu yəqin hamının ömründə belə olur. Pisi ilə, yaxşısı ilə bir ömür yaşamışam, Yaşanan heç nəyi dəyişmək olmur".

Hazırda heç bir tamaşada rol almadığını bildirən Əməkdar artist oynamaq istədiyi çoxlu sayda rolların olduğunu bildirib.

Nəsibə Novruz qızı Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. İki dəfə ailə qurub. Onun birinci evliliyi Rus Dram Teatrının aktyoru Ömür Nağıyevlə olub. Bu evlilikdən aktrisanın Rüfət adlı oğlu dünyaya gəlib.

Nəsibə Eldarova Gənclər Teatrında çalışdığı müddətdə rejissor Hüseynağa Atakişiyev ilə ailə qurub.

Aktrisanın oğlu Rüfət narkotik istifadəçisi olub. Narkotik vasitələri və ya psixotrop maddələri satmaqda təqsirli bilinərək həbs olunaraq bir il məhkumluq həyatı yaşayan Rüfət 2013-cü ilin sentyabr ayında 29 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

Anası ilə ömrü boyu yaxşı münasibətləri olmayan aktrisa onunla qalmaqal yaşayıb. Oğlu vəfat etdikdən sonra aktrisa anasının evindən ayrılıb.

Hazırda Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərən Nəsibə Eldarova tamaşalarla yanaşı, seriallarda da iştirak edir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3151   Tarix: 15 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr