Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA + FOTO

Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA + FOTOİş insanın çövhəridir desək də, istirahətə heç kim yox deməz. İlboyu gərgin iş rejimində çalışan hər kəs məzuniyyətə çıxmağı səbirsizliklə gözləyir. Məzuniyyət vaxtı gəlib çatdıqda isə tarix seçimlərində tərəddüd edirik. Burada əsas problem bayram günləri olan aylarda iş və qeyri-iş günlərinin sayındadır.

Məzuniyyətə gedərkən maaşımıza və istirahətimizə zərər vurmayacaq təqvim üzrə ən sərfəli günləri seçməyə çalışırıq.

Bəs məzuniyyət hansı halda daha sərfəlidir? Necə edək ki, məzuniyyət günündən az istifadə edərək, daha çox dincələ bilək?

BAKU.WS xəbər verir ki, oxu.az-ın bu və digər suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb. O bildirib ki, məzuniyyəti düzgün planlaşdırmaqdan asılı olaraq, hesablanmış məzuniyyət haqqı bəzən çox, bəzən isə az ola bilər:
Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA + FOTO"Buna görə də məzuniyyəti planlaşdırdığınız zaman onun hansı tarixlərdə sizə görə daha sərfəli hesab edilə biləcəyindən məlumatlı olmalısınız.

Bunu iki şəkildə sərfəli hesab etmək olar. Yəni bəzi şəxslər məzuniyyət haqqının, bəziləri isə məzuniyyət günlərinin daha çox olmasını sərfəli hesab edə bilərlər.

Əvvəlcə qeyd edək ki, Əmək Məcəlləsində məzuniyyətin başlanmasının və ya bitməsinin qeyri-iş günlərinə düşməsini məhdudlaşdıran hər hansı bir norma müəyyən edilməyib. Bu baxımdan, işçinin ərizəsi əsasında məzuniyyətin ilk və son günü qeyri-iş günü ola da bilər. Məzuniyyətin qeyri-iş günündən başlaması həftəsonu günlərin işçinin, onsuz da, istirahət günləri olduğundan məntiqli hesab edilməsə də, qanunvericilik bunu qadağan etmədiyi üçün tətbiq edilə bilən haldır. Məzuniyyətin son gününün qeyri-iş gününə düşməsi halında isə işçinin işə başlama tarixi qeyri-iş günündən sonrakı ilk iş günü olacaq. Məzuniyyət günləri təqvim günləri üzrə verildiyi üçün başlama və bitmə tarixlərinin hansı vaxta düşməsi ilə bağlı hər hansı qadağa müəyyən edilməyib".

Ekspert onu da əlavə edib ki, az məzuniyyət günlərindən istifadə edərək çox istirahət etmək istədikdə məzuniyyəti həftənin ilk günündən həftənin sonuna kimi götürmək lazımdır:

"Bu zaman həftəsonları məzuniyyət gününə daxil olmasa da, siz beşgünlük məzuniyyət dövründə doqquz gün istirahət etmək şansı əldə edəcəksiniz, bunun iki günü məzuniyyətə qədərki şənbə və bazar olacaq. Eyni zamanda, bir məsələni də qeyd edək ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Buna görə də, əgər siz az məzuniyyət günü ilə daha çox dincəlmək istəyirsinizsə, bu zaman məzuniyyəti bayram günləri daha çox olan aylara, yəni yanvar və mart aylarına sala bilərsiniz. Bu zaman bayram günlərinə təsadüf edən məzuniyyət günləri qədər məzuniyyətin müddəti uzanacaq".

Bəs məzuniyyət haqqının çox olması üçün nə etmək lazımdır?

N.Xəlilovun sözlərinə görə, məzuniyyət götürərkən məzuniyyət haqqının çox olması üçün məzuniyyəti istirahət günlərinə salmaq lazımdır:

"Yəni məzuniyyəti həftənin son günündən və ya istirahət günündən başlayaraq götürmək və məzuniyyətin bitmə vaxtının da həftənin əvvəlinə düşməyini planlaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, məzuniyyət günlərinə uyğun olaraq həftəsonları da məzuniyyət günlərinə daxil olsun. Bu halda məzuniyyət günləri təqvim günlərinə əsasən hesablandığı üçün, istirahət günlərinə görə də ödəniş hesablanacaq. Amma bu halda daha çox məzuniyyət günündən istifadə edəcəksiniz.

Məzuniyyət zamanı çox vacib məqamlardan biri də məzuniyyət götürülən ayda bayram günlərinin az, iş günlərinin çox olmasına diqqət edilməsidir. İşçinin maaşı aylar üzrə eynidir, amma aylardakı iş günlərinə görə fərqlidir. İş günlərinin bəzi aylarda çox və az olması səbəbindən bir iş gününə düşən əməkhaqqı müvafiq olaraq çox və az ola bilər".

Ekspert bunu nümunələrlə izah edib:

"Nümunə 1. İşçi sabit olaraq aylıq 1 500 manat əməkhaqqı alır. Müqayisə üçün mart və avqust ayları üzrə məzuniyyət zamanı iş günlərinə düşən əməkhaqqı məbləğinə diqqət edək.

Məsələn, 2021-ci ilin istehsalat təqviminə əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü olub. 1 500 manatlıq əməkhaqqı ilə mart ayında hər iş gününə (1 500/17) 88,24 AZN əmək haqqı düşürsə, avqust ayında 68,18 AZN əməkhaqqı düşür. İşçi məzuniyyətə çıxmayıb işlədiyi halda, iş gününə düşən əməkhaqqı dəyişsə də, nəticədə yekun əməkhaqqı eyni olur. İşçinin orta aylıq əməkhaqqının da 1 500 AZN olduğunu düşünsək, bir günə düşən orta məzuniyyət haqqı 49,34 AZN (1500/30,4) olacaq.
Bunu daha aydın izah etmək üçün, işçinin bir həftə məzuniyyətə çıxdığı halda, məzuniyyəti beş günü iş gününə düşürsə, bunun mart (iş günü az olan) və avqust (iş günü çox olan) aylarında icra edilməsinə nəzər salaq.
Nümunə 2. İşçinin mart ayının 9-15 tarixləri arasında və 2-8 avqust tarixləri arasında məzuniyyətə çıxması halında eyni günlük məzuniyyət və eyni əməkhaqqı məbləğinə görə aylıq qazancı necə dəyişəcək? Əməkhaqqı və orta aylıq əməkhaqqı 1 500 manatdır.

Hər iki ayda məzuniyyət zamanı məzuniyyət beş iş günü və iki istirahət günündən ibarətdir. Qeyd edək ki, 2021-ci ilin istehsalat normasına əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü var.

Məzuniyyət haqqı: 1 500 / 30,4 = 49.34 AZN x 7 təqvim günü = 345,38 AZN

Mart ayında əməkhaqqı: (1 500 / 17 iş günü) x 12 iş günü = 1058,82 AZN

Avqust ayında əməkhaqqı: (1500 / 22 iş günü) x 17 iş günü = 1159,09 AZN

Beləliklə, işçinin ümumi gəliri mart ayında 1404,7 AZN (345,38 + 1058,82 AZN), avqust ayında isə 1504,47 AZN (345,38 + 1159,09 AZN) olacaq".

N.Xəlilov əlavə edib ki, bir iş gününə düşən əməkhaqqı məbləği yüksək olan aylarda işləmək, az olan aylarda məzuniyyət götürmək sərfəlidir:

"Yəni iş günü az olan aylarda işləmək, çox olan aylarda məzuniyyət götürmək daha səmərəlidir. İş günü az olan aylarda bir günə düşən əməkhaqqı yüksək olduğundan əməkhaqqından daha çox tutulma olacaq. Məzuniyyət haqqı isə əgər orta aylıq əməkhaqqında artım və ya azalma olmayıbsa, hər ay üçün dəyişməz olaraq qalır".

O, qeyd edilən hallarda əməkhaqqı və məzuniyyət haqqının artıb-azalmasını nümunələrlə izah edib:

"Nümunə 3. İşçi 2021-ci ilin məzuniyyətini 13-29 avqust tarixlərinə planlaşdırır. 17 günlük məzuniyyətin tərkibində altı gün istirahət günüdür. Bu zaman məzuniyyət haqqının məbləğinin nə qədər olacağına baxaq:

Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1 200 manatdır. 2021-ci ilin iyul ayında 22 iş günü var. 13-29 avqust tarixləri məzuniyyət günləri olduğundan avqust ayında işçi 11 iş günü işləyəcək.

Məzuniyyət haqqı: 1 200 / 30,4 = 39,47 AZN x 17 təqvim günü = 671,05 AZN

Əməkhaqqı: 1 200 / 22 = 54,55 AZN x 11 iş günü = 600 AZN

Avqust ayı üzrə cəmi gəlir: 671,05 + 600 = 1271,05 AZN olacaq.

Göründüyü kimi, həftəsonlarının məzuniyyət günlərinə daxil edilməsi ilə işçinin məzuniyyət haqqında artım oldu. Amma bu halda, işçinin daha çox məzuniyyət günü istifadə edildi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr